Azərbaycanı tanıdan
platforma
İlham Əliyevin
təşəbbüsü ilə yaranan Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin təbliğində
mühüm rol oynayır
Dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycan siyasi, iqtisadi, idman, sosial və sair tədbirlərin keçirildiyi məkan kimi tanınır. Təbii, bütün
bunlar respublikamızın
beynəlxalq səviyyədə
artan nüfuzundan və imicindən xəbər verir. Azərbaycan bu gün həm
də mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Xüsusilə ölkəmizin humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən
təşəbbüslər irəli sürməklə
və bu istiqamətdə genişformatlı
tədbirlər keçirməklə
multikulturalizmə böyük
önəm verən məkana çevrilməsi
dünyanın qəbul
etdiyi reallıqdır.
Nüfuzlu beynəlxalq
tədbirə çevrilən
forum
Bu gün
qloballaşan və dəyişən dünya
nizamında sivilizasiyalar
arasında münasibətlərin
yeni formaları yaranır, dəyərlər
sisteminin arxitekturasında
dəyişikliklər baş
verir, fərqli düşüncə mədəniyyəti
formalaşır. Bütün bu amillər
humanist məsələlərin müzakirəsi istiqamətində
də yeni platformanı formalaşdırmaq
zərurətini yaradır.
Bu zərurəti nəzərə
alan Azərbaycan
humanitar əməkdaşlığın
gündəliyini müəyyənləşdirən
təşəbbüslərlə çıxış edir.
Bu baxımdan 2011-ci il oktyabrın 10-11-də
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın keçmiş prezidenti
Dmitri Medvedevin təşəbbüsü
və himayəsi ilə "XXI əsr: ümidlər və çağırışlar” devizi
altında keçirilən
Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin humanitar dialoqda əsasını qoyduğu mühüm beynəlxalq platformadır.
Bu tədbirin təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş
Humanitar Əməkdaşlıq
üzrə I Azərbaycan-Rusiya
Forumunda qəbul olunmuşdu. Humanitar əməkdaşlıqla bağlı
ən mühüm məsələlərin müzakirəsi
üçün nüfuzlu
bir platforma kimi nəzərdə tutulmuş Bakı Forumu bəşəriyyətdə
maraq doğuran qlobal xarakterli məsələlərə dair
geniş spektrli dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq
məqsədilə tanınmış
dövlət xadimlərini,
elmin müxtəlif sahələri üzrə
Nobel mükafatı qaliblərini
və nüfuzlu beynəlxalq təşkilatların
rəhbərlərini, o cümlədən
dünyanın siyasi, elmi və mədəni
elitasının görkəmli
nümayəndələrini bir araya toplayan
tədbirdir.
İndiyədək altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Sonuncu forum oktyabrın 25-26-da "Yeni
dünya və yeni insan formalaşdıraq:
yaradıcılıq və
insan inkişafı” mövzusunda keçirildi.
90-dan artıq ölkənin və 24 beynəlxalq təşkilatın
təmsilçilərinin iştirak
etdiyi forumda bu mövzu ətrafında
kifayət qədər
maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olundu.
Forumun mövzusu
məhz ölkəmizin
iqtisadi inkişafının
insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş
etdirmək imkanı verdi.
VI Bakı
Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq
kreativ ideyaları və onların həyata keçirilməsi
yollarının axtarılmasını
diqqətdə saxladı. Forumda, həmçinin
insanların dövrümüzün
ən mühüm çağırışlarını qarşılamaq bacarıqlarına
dərin inamı, humanizm və bəşəri məsuliyyətin
zəruriliyi məsələsi
önə çəkildi.
Bütün bu təşəbbüslər
insanların həyatını
xilas edən, iztirabları yüngülləşdirən,
kəskin və gərgin dəyişikliklər
dövründə insan
ləyaqətini qoruyan,
habelə antropogen böhranlar və fəlakətlərə bənzər
situasiyaların önlənməsini
təmin edən humanizm aktlarıdır.
Forum bu addımları
humanizmin bütün dünya üçün vacib əhəmiyyət kəsb edən təməl prinsipləri çərçivəsində - neytrallıq, müstəqillik
və obyektivlik şərtləri altında
nəzərdən keçirdi.
Azərbaycan humanitar
əməkdaşlığa xidmət edən çox önəmli ölkədir
Humanitar mövzulu forumların keçirilməsi üçün
də Azərbaycanın
seçilməsi təsadüfi
deyil. Çünki qədim və
zəngin mədəniyyətə
malik, müxtəlif ənənələrin, sivilizasiya
və konfessiyaların
əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün
həqiqətən də
əvəzsiz məkandır.
Xalqımızın qədim tarixi,
zəngin mədəniyyəti,
tolerantlığı barədə
vaxtilə yetərincə
məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi
olaraq Azərbaycanı
ildən-ilə daha yaxından tanıyır və onun artan
nüfuzunun şahidinə
çevrilir. Elə bu
amillər də humanitar dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda
dünyanı düşündürən
məsələlərin müzakirə
edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini
şərtləndirir.
Prezident İlham
Əliyev VI Forumun açılışında etdiyi
çıxışda bu
məsələyə toxunaraq
deyib: "Humanitar məsələlərin müzakirəsi
çox önəmlidir.
Çünki biz müasir dünyada
bu sahədə həm nailiyyətləri,
həm də problemləri görürük.
Azərbaycan bu sahəyə
çox böyük önəm verən ölkələrdən biridir.
Ölkəmizdə humanitar əməkdaşlığa
dair bir çox mötəbər
beynəlxalq tədbirlər
keçirilmişdir. Onların arasında
BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir.
Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir.
Dörd dəfə Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi
onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün
çox önəmli
ölkəyə çevrilmişdir”.
Bakı Forumu göstərdi ki, ölkəmiz artıq öz əhəmiyyətinə görə
lokal və regional münaqişələrin müzakirəsi
çərçivəsindən çıxaraq bütün
dünyada gedən proseslərə münasibət
bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə
yol açan bir mərkəzə çevrilib. Ən əsası, bu
forum Azərbaycan həqiqətlərinin
təbliğində və
ölkəmizə yeni
dostlar qazandırmaqda əhəmiyyətli rola malikdir. Bu mənada
reallıq ondan ibarətdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun nümunəsində ölkəmizi
tanıtmaq, onun həqiqətlərini dünyaya
çatdırmaq üçün
çox əlverişli
bir platforma yaradılıb.
Forum iştirakçıları
tədbirin yüksək
səviyyədə təşkilinə
görə Azərbaycan
dövlətinə minnətdarlığını
bildirib, ölkəmizin
multikultural dəyərlərin
inkişafı və təbliği işinə
töhfəsini xüsusi
vurğulayıblar. Eyni zamanda,
Azərbaycanın ildən-ilə
sürətlə inkişaf
etdiyini qeyd edən qonaqlar belə bir mötəbər
tədbirdə müxtəlif
dövlətlərin nümayəndələrinin
iştirakını ölkəmizin
regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu qeyd ediblər.
VI Bakı
Beynəlxalq Humanitar Forumu artıq tarixə qovuşdu. Bu forum qaldırılan məsələlərin
aktuallığına və
əhəmiyyətinə görə
fərqlənir. Getdikcə daha
da qloballaşan dünyada belə tədbirlərin keçirilməsi
təbiidir və buna ehtiyac gündən-günə
artır. Bu mənada
forum başa çatsa
da, onun insanlara çatdırmaq istədiyi qayə və amal get-gedə daha böyük miqyas alacaq, millətlərə
və xalqlara, ölkələrə və
dövlətlərə qloballaşan
dünyada bir-birinə
kömək durmaq, yardımçı olmaq işində öz əvəzsiz rolunu oynayacaq, bəşərin
ümidlərinə, arzularına
dəstək verəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.-30 oktyabr.- S.1; 10.