Bölgələrdə turizm infrasturkturu təkmilləşdirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Qax şəhərində "Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
"Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüksək keyfiyyət və zövqlə görülən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.
Qax
şəhərindən 8,5 kilometr məsafədə
yerləşən mehmanxana, İlisu kəndində ümumi
sahəsi 3,3 hektar olan
"Yaşıl Park” istirahət mərkəzinin
ərazisində inşa edilib.
Kompleksin tikinti sahəsi
2100 kvadratmetrdir. Yüz
yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni
zamanda, VIP kottec də yaradılıb.
Mehmanxananın otaqlarında müştərilərin
rahatlığı üçün
ən xırda detallar da nəzərə
alınıb. Qonaqların asudə
vaxtlarının təşkili
bu mehmanxana kompleksinin yaradılmasında
əsas meyarlardan biri kimi seçilib.
Turistlərin idmanla məşğul olması üçün
ərazidə mini futbol
meydançası yaradılıb. Eyni zamanda,
burada qonaqlara açıq tipli kafe-bar və restoran da xidmət
göstərəcək.
Bu cür
mehmanxanaların yaradılması,
ilk növbədə, Qaxın
və ümumilikdə
bölgənin turizm potensialının gücləndirilməsində
mühüm rol oynayacaq, turist axınının artmasına
zəmin yaradacaq. Bütün
bunlarla yanaşı, turizm obyektlərinin istifadəyə verilməsi
əhalinin məşğulluğunun
artırılmasında, yeni
iş yerlərinin yaradılmasında da müstəsna əhəmiyyətə
malikdir. Belə ki, "Yurd
Hotel” mehmanxanasında 15 nəfərin
daimi işlə təmin olunması nəzərdə tutulub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft
sektorunun inkişafı
başlıca prioritetlərdən
olmaqla, qarşıya əsas məqsəd kimi qoyulub. Bu
baxımdan ölkədə turizmin
inkişafına da xüsusi
diqqət ayrılır. Azərbaycanda hotel biznesinin dünya standartları səviyyəsində
yenidən qurulması, bölgələrimizdə bir-birindən
gözəl və müasir mehmanxana komplekslərinin yaradılması, qonaqlara yüksək səviyyədə xidmət
göstərilməsinin təmin edilməsi, çox
sayda turistlərin qəbulu üçün silsilə tədbirlərin
reallaşdırılması turizm sektorunun inkişafında mühüm
rol oynayıb. Bütün
bunlar Azərbaycanın iqtisadi
potensialını nümayiş etdirməklə
yanaşı, ölkəyə gələn turistlərin
sayının artmasına da zəmin
yaradır. Bu kompleks təkcə
Qax üçün deyil, bütün bölgə
üçün əhəmiyyətli turizm obyektidir.
Azərbaycan.-
2018.-30 oktyabr.- S.4.