On yeddi min nəfər
əhalinin yaşadığı iki
yaşayış məntəqəsinin yolu
yenidən quruldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu
uzun müddət təmir olunmadığı
üçün hərəkət
hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat
vasitələrinin hərəkətində
problemlər yaradırdı.
On yeddi min nəfər
əhalinin yaşadığı
iki yaşayış məntəqəsini birləşdirən
Şəki-Kiş avtomobil
yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına
əsasən həyata
keçirilib. Görülən işlər nəticəsində
yol iki hərəkət
zolaqlı olmaqla
4-cü texniki dərəcəyə
uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq
7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla
yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü
borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi
və yolgöstərici
xətlər çəkilib,
avtobus dayanacaqları tikilib.
Azərbaycan Prezidentinin Sərəncamına
uyğun olaraq, Kiş çayı üzərində körpünün
bərpası işləri
də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu
88,2 metr, hərəkət hissəsinin
eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr
olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay
yatağından hündürlüyü
7 metrdir. Bu isə gələcəkdə
sel sularının körpüyə zərər
vurmasının qarşısını
alacaq. Çayda sel suları
nəzərə alınaraq
körpünün təhlükəsizliyini
təmin etmək üçün qabaqlayıcı
və profilaktik tədbirlər həyata keçirilib. Layihə
çərçivəsində çayda su axınının tənzimlənməsi
və yaşayış
məntəqələrini sel
sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının
32 metr hissəsinin hündürlüyü artırılıb,
sol sahildə isə
45 metr uzunluğunda yeni su tənzimləyici
qurğu inşa olunub.
Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində
sel suları həmin körpünü
uçurmuş, Kiş
kəndinin rayon mərkəzi
ilə avtonəqliyyat
əlaqəsi kəsilmişdi. Azərbaycan Avtomobil
Yolları Dövlət
Agentliyi tərəfindən
əraziyə cəlb
edilən ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində
Kiş çayı üzərində müvəqqəti
yol salınaraq gediş-gəliş bərpa
olunmuşdu. Təbii
fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması
və 7 min nəfər
əhalinin yaşadığı
Kiş kəndini ətraf yaşayış
məntəqələri ilə
birləşdirən yeganə
körpünün bərpası
üçün Prezident
İlham Əliyev tərəfindən 2016-cı il avqustun 16-da müvafiq Sərəncam imzalanmışdı.
Bildirildi ki, avtomobil yolunun
inşası iki yaşayış məntəqəsi
arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına
imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və "Marxal” istirahət mərkəzinə gediş-gəlişində
mühüm rol oynayacaq.
Dövlətimizin başçısı yolun
rəmzi açılışını
bildirən lenti kəsdi.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2018.-30 oktyabr.- S.5.