Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmişHüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 216 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 626; 2017, ¹ 2, maddə 170) ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin 5.2-ci bəndində " Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasınınsözləri ", Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətininsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 31 oktyabr.- S.1.