İinsan alverinə və qaçaqmalçılığa qarşı mübarizəyə həsr olunan konfrans keçirilib

 

Oktyabrın 30-da Milli Məclisdə "İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilikoperativ bazamövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir beynəlxalq transmilli mütəşəkkil cinayətlərin araşdırılması və insan alverinə məruz qalan şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq və regional müzakirələri və tərəfdaşlıqları genişləndirmək, insan alverinə və miqrantların qaçaqmalçılığına qarşı mübarizənin mürəkkəbliyini nəzərə alaraq bütün müvafiq iştirakçıları bir araya gətirməklə daha çox kompleksinteqrasiya olunmuş çoxsahəli yanaşmaları təşviq etmək məqsədi daşıyır.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, son illər Milli Məclis həm insan alverinə qarşı mübarizə, həm də miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun olan mükəmməl qanunvericilik bazası yaradıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, konfrans çərçivəsində adıçəkilən mövzuda istər Azərbaycanda, istər regionda, istərsə də bütün dünyada mövcud vəziyyət, bu vəziyyətin qarşımıza çıxardığı çətinliklər, eyni zamanda, bu illər ərzində əməkdaşlığa və tərəfdaşlığa əsaslanan fəaliyyətin müsbət nəticələri barədə fikir mübadiləsi aparılacaq və perspektivlərlə bağlı faydalı istiqamətlər müəyyənləşdiriləcək. Bahar Muradova deyib ki, Azərbaycan regionda özünəməxsus yeri, rolu olan, həm iqtisadi, həm də siyasi cəhətdən humanitar əlaqələrin intensivləşməsi baxımından özünün yeritdiyi siyasətə və onun nəticəsində verdiyi töhfələrə görə seçilən bir ölkədir.

Bahar Muradova qeyd edib ki, Azərbaycanda faydalı əməkdaşlıq, tərəfdaşlıq, sülh, dialoq üçün gözəl şərait mövcuddur. Bununla yanaşı, ölkəmizin yerləşdiyi regiondan əməkdaşlığa, tərəfdaşlığa, sülhə, dialoqa qarşı çıxan dairələr öz maraqları üçün istifadə etməyə cəhd göstərirlər. Ona görə bizim bu tərkibdə toplaşmağımızın və hamı üçün vacib olan bu məsələnin müzakirəyə çıxarılmasının böyük əhəmiyyəti var. Azərbaycan bu istiqamətdə mükəmməl qanunvericiliyə, çoxillik təcrübəyə malikdir. Bu təcrübənin müsbət tərəflərini öyrənmək baxımından da bu konfransın böyük əhəmiyyəti var.

"Bu gün hamımız üçün əlamətdar gündür. 15 il bundan əvvəl BMT-nin müvafiq Konvensiyası Azərbaycan parlamentində ratifikasiya olunub. Bu gün həm də bu ratifikasiyanın yubiley günü kimi də qəbul edilə bilər. Bu Konvensiyanın və ondan irəli gələn protokolların üzərimizə qoyduğu öhdəliklər bizi daha ciddi əməkdaşlığa sövq edir. Hesab edirəm ki, bu əməkdaşlıq həm beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli və həm də ikitərəfli münasibətlər üçün çox faydalıdır. Biz parlamentarilər artıq 15 ildir Azərbaycanda insan alverimiqrant qaçaqmalçılığı ilə bağlı görülən işlərin hesabatını hər il dinləyirik. Builki hesabat həm ötən il, həm də son 15 ildə görülən işlərə həsr olunub”, - deyə Milli Məclis sədrinin müavini qeyd edib.

Bahar Muradova bildirib ki, parlament bu məsələnin çox ciddi müzakirə olunduğu bir məkandır. Parlamentdə təmsil olunan müxtəlif siyasi qüvvələrin, müstəqil parlamentarilərin bu məsələdəki prinsipial mövqeyi görülən işlərin keyfiyyətinin yüksəlməsinə, əməkdaşlığa çox ciddi vəsilə olur. Bu illər ərzində Milli Məclisdə həm regionu, həm ölkəmizi, həm dünyanı narahat edən məsələlər çox ciddi müzakirə edilibbundan irəli gələn qanunvericilik aktlarına dəyişikliklər və əlavələr olunub. "Biz bu təhlükəyə qarşı ona görə möhkəm əməkdaşlıq və tərəfdaşlıq etməliyik ki, bu qəbil cinayətlər insana, insan hüquqlarına qarşı cinayətlər sırasında ən qəddarıdır. Necə ola bilər ki, müasir dünyada insanlar digər qrup insanlarya dairələr tərəfindən alver hədəfinə, qurbana çevrilsinlər, alçaldıcı rəftara məruz qalsınlar, məcburi əməyə cəlb edilsinlər. İnsanların fundamental hüquqları pozulsundünya ictimaiyyəti buna laqeyd qalsın. Bu, qəbuledilməzdir. Lakin təəssüf ki, bu gün ayrı-ayrı regionlarda və ölkələrdə həm daxili ziddiyyətlər, həm də kənar təcavüzlər nəticəsində bu cür cinayətlərin miqyası genişlənməkdədir”, - deyə Bahar Muradova vurğulayıb.

Keçən həftə ölkəmizdə keçirilən Beynəlxalq Humanitar Forumu xatırladan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Forumda müzakirə edilən əsas məsələlərdən biri "Dayanıqlı inkişaf məqsədləri” ilə bağlı idi. Belə mövzuların müzakirəsi ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə verilən qiymətin bir göstəricisidir.

Vüsal Hüseynov konfransın mövzusunun olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək diqqətə çatdırıb ki, miqrasiyanın tarixi qədimdir və bu baxımdan doğru yanaşma tətbiq edildikdə, inkişafa, yeniliyə töhfə verən nəticələr ortaya çıxır, hansısa doğru olmayan bir yanaşmanın tətbiq edilməsi isə çox ağır fəsadlara gətirib çıxara bilər. Dünyada bu gün təxminən 260 milyon miqrantın olması çox böyük miqrasiya probleminin olduğunu ortaya çıxarır. Ona görə də bu məsələ çoxtərəfli yanaşma tələb edir.

Xidmət rəisi qeyd edib ki, miqrasiyanın əhatəsinin böyük olması cinayətkar qruplara qeyri-qanuni yolla gəlir əldə etmək üçün imkan yaradır. Dünyada geniş yayılan "Miqrant qaçaqmalçılığı” anlayışını artıq hər gün eşidirik. Beynəlxalq təşkilatlarda, mətbuatda bununla bağlı geniş müzakirələr aparıldığının şahidi oluruq. Bu proseslərə qarşı ölkəmizdə ciddi tədbirlər görülür və mübarizə aparılır.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai tədbirin vacibliyini qeyd edərək deyib ki, bu gün bütün dünya insan alveri və qaçaqmalçılıqla mübarizə aparır. "Hazırda təxminən 260 milyondan çox insanın miqrasiyasının şahidiyik. Onlar doğulduqları ölkələrdən kənarda yaşamağa məcburdurlar. Bu insanların sayı getdikcə artır”, - deyə Qulam İshaqzai qeyd edib. Bu sahədə xüsusi mexanizmlərin, protokolların, konvensiyaların mövcud olduğunu söyləyən Qulam İshaqzai bildirib ki, bu proses düzgün şəkildə təşkil olunmalı və tənzimlənməlidir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov bildirib ki, insan alveri əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli təhdidlərdən biri olaraq qəbul edir. Diqqətə çatdırılıb ki, insan alverinə qarşı qlobal səviyyədə aparılan mübarizənin nəticəsi göstərir ki, heç bir dövlət bu bəladan tam sığortalanmayıb və təkbaşına təsirli əks tədbirlər görə bilmir. Problemin dərinləşməsində dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması, tənzimlənməyən miqrasiya axınının genişlənməsi xüsusi rol oynayır. Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici edir, məcburi əmək, dilənçilik, terrorçuluq məqsədilə istismar, orqan transplantasiyası kimi cinayətlərin arealının genişləndirilməsinə yeni imkanlar açır. Əksər dövlətlərin istintaq orqanlarının apardığı araşdırmaların nəticələri də göstərir ki, insan alveri, o cümlədən qurbanların seçilməsi, təyinat ölkəsinə göndərilməsi, qarşılanması, yerləşdirilməsi, istismarı, əldə olunan gəlirlərin bölüşdürülməsi, bütövlükdə bu cinayətkar fəaliyyət əsasən transmilli mütəşəkkil cinayətkar birliklərin birbaşa nəzarəti və rəhbərliyi ilə idarə olunur.

Heydər Heydərov qeyd edib ki, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlanıldığı 2004-cü ildən indiyənəcən görülmüş qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, həmin müddətdə 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb, 538 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib. Bu gün Milli Fəaliyyət Planından irəli gələn mühüm tədbirlərin həyata keçirilməsinə Prezident İlham Əliyevin verdiyi böyük siyasi dəstək, insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması üzrə aparılan hərtərəfli islahatlar və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsinə yönəlmiş mühüm addımlar sözügedən əməllərin profilaktikasına və cinayət təqibinin ən yüksək şəkildə təşkil olunmasına, müvafiq təhdidlərə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak tədbirdə müzakirəyə çıxarılan mövzunun ölkələr üçün önəmindən danışıb. Bildirilib ki, bütün dünyada insan alverinə qarşı mübarizə sahəsində bir sıra irəliləyişlərin əldə olunmasına və hamılıqla bu sahədə göstərilən səylərə baxmayaraq, insan alveri bu gün geniş şəkildə yayılmaqdadır. 1990-cı illərin ortalarından etibarən BMqTonun tərəfdaşları tərəfindən 100 min nəfərdən çox insana yardım edilib.

İnsan alverinin qloballaşma dövrünün ən dəhşətli beynəlxalq cinayətlərindən biri olduğunu söyləyən Serhan Aktoprak deyib: "Göstərdiyimiz birgə səylərə baxmayaraq, bu gün insan alveri hələ də mövcuddur. Gələcək səylərdə bu sahədə bərabərsizlik, ayrı-seçkiliyə qarşı mübarizə və vicdanlı istehlakın təşkili kimi sosial istiqamətdə olan məsələlərə diqqət edilməlidir”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbər əvəzi Aleksandra Nerisanu bildirib ki, bu tədbir BMT-nin müvafiq Konvensiyasının Azərbaycan parlamentində ratifikasiya edilməsinin 15-ci ildönümü ilə üst-üstə düşür. Diqqətə çatdırılıb ki, mütəşəkkil cinayətkarlıq getdikcə artır. Cinayətkarlar daha çox texnoloji irəliləyişlərdən istifadə edərək öz niyyətlərini yerinə yetirirlər. Bu, təbii ki, davamlı inkişaf məqsədlərinin yerinə yetirilməsi üçün böyük maneədir. İnsan alveri, xüsusilə ən böyük bəlalardan biridir.

Konfrans işini plenar sessiyalarla davam etdirib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızının moderatorluğu ilə "İnsan alverinə qarşı hərtərəfli və beynəlxalq mübarizə cəhdləri vasitəsilə miqrasiya hamı üçünmövzusunda keçirilən plenar sessiyada müxtəlif məruzələr dinlənilib. Belə ki, Milli Məclisin deputatı Sahibə Qafarova "İnsan hüquqlarının pozulmasının qarşısının alınması və insan alverinə qarşı mübarizə sahəsində milli parlamentlərin birgə səyləri”, polis polkovniki Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizə üzrə baş idarənin rəis müavini Samir Zeynalov "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində əldə olunan nəticələr”, Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr üzrə Daimi Komissiyasının sədr müavini Korzh İvan Alekseyeviç "İnsan alverinə qarşı mübarizənin uğurlu icrasında parlamentlər arasında əməkdaşlıq”, Yunanıstan parlamentinin Bərabərlik, Gənclik və İnsan Hüquqları üzrə Xüsusi Daimi Komitəsinin insan alverinə qarşı mübarizəyə dair alt komitəsinin sədri xanım Afroditi Stampouli "Parlamentarlar hərəkətdə: insan alverinə qarşı mübarizə ilə birgə DİM-lərin təşviqi”, BMT-nin narkotiklər və cinayət üzrə təşkilatında cinayətin qarşısının alınması və cinayətlər üzrə ədliyyə mütəxəssisi xanım Hannah Stallard "İnsan alverinə qarşı mübarizə sahəsində cinayət istintaqlarının səmərəli şəkildə aparılması” mövzularında məruzələrlə çıxış ediblər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə üzrə baş idarəsinin şöbə rəisi Samir Qarayevin moderatorluğu ilə keçən digər sessiya "İnsan alverinə qarşı mübarizədə müasir səylər” mövzusuna həsr olunub. İnsan hüquqları üzrə Avropa Konvensiyası üzrə ekspert Könül Qasımova "İnsan alveri cinayətlərində effektiv ədliyyənin təmin edilməsi”, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə "İnsan alveritransmilli mütəşəkkil cinayət kimi”, Qırğızıstan parlamentində insan alverinə qarşı mübarizə üzrə işçi qrupunun sədri xanım Evgenia Strokova "İnsan alverinə qarşı mübarizə sahəsində beynəlxalq tərəfdaşlıq və əməkdaşlığın maksimal tətbiqi”, Türkmənistan parlamentində deputat Kerimquli Geldiyev "İnsan alverinə qarşı mübarizə, istintaqda istifadə olunan metodlar və miqrantların hüquqlarının müdafiəsi” mövzularında məruzələrlə çıxış ediblər.

Milli Məclisin gənclər komitəsinin üzvü Şahin İsmayılovun moderatorluğu ilə keçirilən sessiya "Cari hüququn aliliyi sahəsində problemlər və görülən tədbirlər” mövzusuna həsr olunub. İtaliyalı senator Angela Anna Bruna Plarulli "Miqrant qaçaqçılığının qarşısının alınması üçün edilən təşəbbüslərin səmərəliliyi və mövcud çətinliklər”, Tacikistan parlamentinin deputatı Ahmatjan Qobilov "Mütəşəkkil cinayətkarlıq konvensiyası çərçivəsində ekstradisiya və qarşılıqlı hüquqi yardım vasitəsilə miqrant qaçaqçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlıq”, Gürcüstan parlamentinin deputatı Ququli Maqradze "İnsan alverimiqrant qaçaqçılığına qarşı mübarizədə Gürcüstanın yanaşması: müvəffəqiyyətlər və çətinliklər”, Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi Vahid Qəhrəmanov "Miqrant qaçaqçılığına qarşı mübarizədə təşəbbüslərin səmərəliliyicari problemlər” mövzularında məruzələrlə çıxış ediblər.

Yunanıstan parlamentinin Bərabərlik, Gənclik və İnsan Hüquqları üzrə Xüsusi Daimi Komitəsinin insan alverinə qarşı mübarizəyə dair alt komitəsinin sədri xanım Afroditi Stampoulinin moderatorluğu ilə keçən sonuncu sessiya "İnsan alveri cinayətlərinin təqibi və istintaqı və miqrantların hüquqlarının müdafiəsimövzusuna həsr olunub. Moldova parlamentinin sosial müdafiə, səhiyyə və ailə komitəsinin rəhbəri xanım Valentina Buliga "Miqrasiya proseslərində miqrantların hüquqların müdafiəsi üçün vəzifələrin bölüşdürülməsi”, Belçika Krallığı parlamentinin deputatı Gülər Turan "Non refoulment - işgəncə, istismarbu kimi cəzalara qarşı miqrantların müdafiəsi sahəsində dövlətlərin yanaşmaları”, amerikalı müstəqil ekspert Christopher Flood "İnsan alveri cinayətləri ilə mübarizə istintaqında hərtərəfli əməkdaşlığın effektivliyi”, Türkiyə Respublikası parlamentinin deputatı xanım Pakize Mutlu Aydemir "Miqrantların müdafiəsinə dair ədliyyə əməkdaşlığı”, Özbəkistan Respublikası parlamentinin deputatı Aybek Egamov "2017-2021-ci illər üzrə Özbəkistan Respublikasının İnkişaf Strategiyası” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra paralel qrup sessiyaların nəticələri ilə bağlı panel iştirakçılarının rəyləri dinlənilib. Təqdimat və müzakirələr olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2018.-31 oktyabr.- S.4.