Əməkdaşlıq daha
da genişlənir, dostluq və qardaşlıq əlaqələri
möhkəmlənir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 30-da Türkmənistan
Respublikası Nazirlər
Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Prezident İlham Əliyev qeyd etdi ki, dövlət
başçılarının qarşılıqlı səfərləri,
eləcə də beynəlxalq tədbirlər
çərçivəsində mütəmadi görüşləri
ölkələrimiz arasında
münasibətlərin inkişafında
mühüm rol oynayır. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi
ki, müvafiq strukturların rəhbərlərinin
görüşləri də
əməkdaşlığımızın
genişləndirilməsi işinə
öz töhfəsini
verir. Prezident İlham Əliyev bu yaxınlarda Türkmənistan Nazirlər
Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri
zamanı ikitərəfli
münasibətlərimizin müxtəlif
aspektlərinin müzakirə
edildiyini dedi. Dövlətimizin başçısı
Türkmənistan Nazirlər
Kabineti sədrinin müavini Məmmetxan Çakıyevın böyük
nümayəndə heyəti
ilə ölkəmizə
səfərindən məmnunluğunu
ifadə etdi, bu səfərin dostluq və qardaşlıq əlaqələrimizin
möhkəmlənməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi
işinə öz töhfəsini verəcəyinə
əminliyini bildirdi.
Məmmetxan Çakıyev,
ilk növbədə, Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını
və ən xoş arzularını dövlətimizin başçısına
və Azərbaycan xalqına çatdırdı.
O, hökumətlərarası səviyyədə birgə
fəaliyyətin həyata
keçirilməsi üçün
yaradılan şəraitə
görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Görüşdə ölkələrimizin
əlverişli coğrafi
mövqedə yerləşməsinin
önəmi qeyd olundu, həm Azərbaycanda, həm də Türkmənistanda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı vurğulanaraq
nəqliyyat, tranzit, logistika sahələrində
əməkdaşlığın genişləndirilməsi üçün
böyük potensialın
olduğu bildirildi, ölkələrimizin ixracat
imkanları və tranzit yüklərin daşınması ilə
bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkmənistan
Prezidentinin salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova
çatdırmağı xahiş
etdi.
Azərbaycan.- 2018.-31 oktyabr.- S.2.