Azərbaycan ilə İsveçrə arasında təhsil
sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Təhsil Nazirliyində olub.
AZƏRTAC xəbər verir ki, görüşdə təhsil naziri Ceyhun Bayramov və İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio iki ölkə arasında ali və peşə təhsili sahəsində əlaqələrin cari vəziyyəti, həyata keçirilən islahatlar və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Mauro Dell’Ambrogio Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb. Sonra İsveçrənin dövlət katibi Şəhidlər xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Xatırladaq ki, Mauro Dell’Ambrogio
Azərbaycana səfəri çərçivəsində ADA
Universitetini ziyarət edib
və rektor Hafiz Paşayev ilə görüşüb.
O, həmçinin Azərbaycan-Fransız Universiteti
(UFAZ) ilə tanış olub və bu universitetin tələbələri
üçün "İsveçrə:
təhsildən innovasiyaya” mövzusunda
məruzə ilə çıxış edib.
Azərbaycan.-
2018.- 31 oktyabr.- S.6.