“Azərbaycan Respublikası vətəndaşının
yeni nəsil şəxsiyyət vəsiqəsinin
tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli
1217-VQD nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi fərmanlarında
və “Azərbaycan Respublikasında yeni nəsil
şəxsiyyət vəsiqəsinin tətbiqi ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli
893 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq “Azərbaycan Respublikası
vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin
tətbiqi müddətləri
ilə əlaqədar
Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsinin
təsvirinin, spesifikasiyasının
və nümunəsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 2, maddə
66; 2013, ¹ 2, maddə 125, ¹ 12, maddə 1543; 2015, ¹ 10, maddə
1141; 2017, ¹ 12 (I kitab), maddə
2285) 4-cü hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri
ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 2, maddə 75; 2013, ¹ 12, maddə 1542; 2014, ¹ 5, maddə
477; 2015, ¹ 10, maddə 1141; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 12 (I kitab),
maddə 2285) preambulasında,
1.9-cu bəndində və
6-cı hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri
ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsinin
təsvirinin, spesifikasiyasının
və nümunəsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
15 fevral tarixli 831 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 2, maddə 125, ¹ 12, maddə
1544; 2015, ¹ 10, maddə 1141; 2017, ¹ 12 (I kitab), maddə 2285) 2-ci hissəsində “2019-cu il yanvarın” sözləri
“2018-ci il sentyabrın”
sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının
1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2013-cü il 19 aprel tarixli
622-IVQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
16 may tarixli 898 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 5, maddə
519, ¹ 12, maddə 1547; 2015, ¹ 10, maddə 1141; 2017, ¹ 12 (I kitab),
maddə 2285) 4-cü hissəsində
“2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri
ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası
Əhalisinin Dövlət
Reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Əhalisinin Dövlət
Reyestrinin aparılması
qaydası haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
16 may tarixli 899 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 5, maddə
520, ¹ 12, maddə 1550; 2015, ¹ 10, maddə 1141; 2016, ¹ 6, maddə
1054; 2017, ¹ 5, maddə 778, ¹ 12 (I kitab), maddə 2285) 5-ci hissəsində “2019-cu il yanvarın” sözləri
“2018-ci il sentyabrın”
sözləri ilə əvəz edilsin.
6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
23 oktyabr tarixli 4 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹10, maddə 1149, ¹ 12, maddə
1548; 2015, ¹ 10, maddə 1141; 2017, ¹ 12 (I kitab), maddə 2285) 2-ci hissəsində “2019-cu il yanvarın” sözləri
“2018-ci il sentyabrın”
sözləri ilə əvəz edilsin.
7. “Penitensiar müəssisələrdə
cəza çəkməkdən
azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 19
dekabr tarixli 684 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 15 noyabr tarixli 22 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 11, maddə
1326,
¹ 12, maddə 1541; 2015, ¹ 10, maddə 1141; 2017, ¹ 12 (I kitab),
maddə 2285) 2-ci hissəsində
“2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri
ilə əvəz edilsin.
8. “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2015-ci il
29 dekabr tarixli 86-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 767 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (II kitab), maddə
231, ¹ 12, maddə 2079; 2017, ¹ 12 (I kitab), maddə 2285) preambulasında “2019-cu il yanvarın” sözləri
“2018-ci il sentyabrın”
sözləri ilə əvəz edilsin.
9. “Azərbaycan Respublikasında
yeni nəsil şəxsiyyət vəsiqəsinin
tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
28 noyabr tarixli 893 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 11, maddə 1495; 2015, ¹ 10, maddə 1192; 2016, ¹ 8, maddə
1384; 2017, ¹ 4, maddə 578, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2285) 5-ci hissəsində
və 7.2-ci bəndində
“2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust
2018-ci il
Azərbaycan.- 2018.- 1 sentyabr.- S.3.