Mehriban Əliyeva: ”Çinlə Azərbaycan arasında münasibətlər dostluq və
tərəfdaşlıq üzərində qurulub,
qarşılıqlı hörmətə əsaslanır
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva avqustun 31-də Xarici Ölkələrlə
Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri
Li Syaolinin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, qonağın Azərbaycana səfərinin
uğurlu olacağına
əminliyini ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Li Syaolinin Xarici Ölkələrlə
Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri
kimi ölkələrimiz
arasında münasibətlərin
möhkəmlənməsinə yönələn fəaliyyətinə
görə ona təşəkkürünü bildirdi. Birinci vitse-prezident Çinlə
Azərbaycan arasında
münasibətlərin dostluq
və tərəfdaşlıq
üzərində qurulduğunu,
qarşılıqlı hörmətə
əsaslandığını vurğuladı. Mehriban Əliyeva
iki ölkənin müxtəlif sahələrdə,
o cümlədən beynəlxalq
təşkilatlar çərçivəsində
uğurlu əməkdaşlıq
etdiyini bildirdi, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu
diqqətə çatdırdı.
Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq
üzrə Çin Xalq Assosiasiyası ilə uğurlu əməkdaşlıq etdiyini
bildirən Mehriban Əliyeva ötən il iki qurum arasında dostluq və əməkdaşlıq Memorandumunun
imzalandığını və
bu istiqamətdə artıq işlərin başlandığını diqqətə
çatdırdı.
“Bu il Çində yaradılan yay düşərgəsini Azərbaycandan
olan uşaqlar da ziyarət etdilər, Çində Azərbaycan mədəniyyət
günləri, o cümlədən
Azərbaycan sərgiləri
təşkil edildi”, -
deyən Mehriban Əliyeva gələcək
əməkdaşlıq üçün
böyük potensialın
olduğuna əminliyini
ifadə etdi. Birinci vitse-prezident Çinin dünyanın ən güclü iqtisadiyyatlarından
birinə malik olduğunu qeyd etdi və bu
sahədə birgə
fəaliyyət üçün
yaxşı imkanların
olduğunu söylədi.
Nəqliyyat sahəsində mövcud
olan geniş potensialı qeyd edən Mehriban Əliyeva Azərbaycanın
artıq iri mərkəzə çevrildiyini,
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə
Asiyaya ən qısa yolun çəkildiyini bildirdi.
Həm Azərbaycanın,
həm də Çinin tarixən Böyük İpək Yolu üstündə yerləşdiyini və bunun əməkdaşlıq
üçün yaxşı
imkanlar yaratdığını
vurğuladı. Bu yaxınlarda
Azərbaycanın Şanxay
Əməkdaşlıq Təşkilatına
müşahidəçi dövlət
kimi üzv olmaq üçün ərizə təqdim etdiyini, bu ilin
may ayında təşkilatın
mənzil-qərargahında Azərbaycan mədəniyyət
günlərinin uğurla
keçirildiyini xatırladan
Birinci vitse-prezident ölkəmizə dəstəyə
və göstərilən
yüksək münasibətə
görə təşəkkürünü
çatdırdı. Mehriban Əliyeva
Azərbaycanla Çin
arasında dostluq körpülərinin yaradıldığını
və Li Syaolinin səfərinin yeni tərəfdaşlıq münasibətlərinin
qurulmasına mühüm
töhfə verəcəyinə
əminliyini bildirdi.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin Mehriban Əliyeva ilə görüşündən şərəf hissi duyduğunu deyərək, bu görüşün gələcək əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi. İlk dəfədir Azərbaycana səfər etdiyini deyən qonaq paytaxtımızın onda dərin təəssürat yaratdığını, Heydər Əliyev Mərkəzi və oradakı sərgilərlə tanışlıqdan məmnunluğunu ifadə etdi. Qonaq Heydər Əliyev Fondu ilə əməkdaşlığa görə təşəkkürünü bildirdi.
Görüşün sonunda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlara
xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan.- 2018.- 1 sentyabr.- S.2.