Mehriban Əliyevadan :”Xalqımın xoş diləkləri mənim fəaliyyətimə verilən
ən yüksək qiymətdir”
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın ünvanına
doğum günü münasibətilə Azərbaycanın
və xarici ölkələrin tanınmış
ictimai-siyasi, elm və
təhsil xadimlərindən,
ziyalılardan, sadə
vətəndaşlardan çoxsaylı
təbrik məktubları
daxil olub. Təbrik məktublarında
Birinci vitse-prezidentin müasir Azərbaycanın
dövlət idarəçiliyində
və inkişafında
oynadığı yüksək
rola böyük dəyər ifadə olunur, ölkəmizdə və onun hüdudlarından
kənarda həyata keçirdiyi humanist və
xeyirxah fəaliyyəti
yüksək qiymətləndirilir.
Təbrik məktublarında Mehriban xanıma dərin hörmət, məhəbbət, inam və etimad ifadə olunur.
AZƏRTAC xəbər verir ki, Birinci
vitse-prezident Mehriban Əliyeva onu təbrik edənlərə
müraciət ünvanlayıb. Müraciətdə
deyilir:
"Əziz dostlar,
Doğum günüm münasibətilə
çoxlu təbriklər
almışam. Ən müxtəlif insanlar
mənə səmimi arzularını, ürək
sözlərini ünvanlayırlar.
Tələbələr və pensiyaçılar,
həmvətənlərimiz və xaricdəki dostlarımız mənə
məktub yazırlar.
Çox
təəssüf ki, sizin hər birinizə şəxsən
cavab verməyə fiziki baxımdan imkanım yoxdur. Lakin mənə ünvanladığınız
səmimi sözlərə,
fəaliyyətimə verdiyiniz
xoş və yüksək qiymətə
görə hamınıza
ürəkdən təşəkkür
edirəm. Hər bir
təbrik mənim üçün dəyərlidir
və mənə müsbət enerji verir.
Əziz
dostlar,
Biz dinamik inkişaf
edən dünyada yaşayırıq. Baş verən bütün
dəyişikliklərə baxmayaraq insanlıq və saflıq, səmimilik və xeyirxahlıq, mərhəmət
və sevgi həmişəki kimi başlıca dəyərlər
olaraq qalır.
Mən sizin sevginizi və dəstəyinizi həmişə hiss etmişəm.
Sizin xoş diləkləriniz mənim fəaliyyətimə
verilən ən yüksək qiymətdir.
Buna görə sağ olun. İnanın
ki, bu, doğum
günü üçün
ən yaxşı hədiyyədir.
Əziz
dostlar,
Diqqətinizə və səmimi təbriklərinizə görə
sizin hamınıza bir daha ürəkdən
təşəkkür edirəm.
Sizin hamınıza xoşbəxtlik,
cansağlığı, nurlu, sevgi ilə dolu həyat, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.
Azərbaycan.- 2018.- 2 sentyabr.- S.1.