Vladimir Putin:”
Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi
çox genişdir və bu strateji tərəfdaşlıqdır
Sentyabrın
1-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri
başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Soçi şəhərindəki "Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Rusiya Prezidenti
Vladimir Putin Azərbaycan Prezidenti
İlham Əliyevi qarşıladı.
Dövlət başçıları görüşdə
çıxış etdilər.
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
İcazə verin, Sizi Soçidə
ürəkdən salamlayım. Qeyd etmək
istərdim ki, bizim görüşlərimiz
müntəzəm xarakter
daşıyır və
bu da təbiidir,
qarşılıqlı fəaliyyətimizin
əhatə dairəsi
çox genişdir.
Biz bunu strateji
tərəfdaşlıq adlandırırıq.
Münasibətlərimiz həm siyasi,
həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə
dövriyyəsinin həcmi
34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci
yarısında isə
mülki təyinatlı
məhsulların satış
həcmi 20 faiz artıb. Bu, çox
yaxşı göstəricidir.
Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz
var. Çox şadam ki, Siz bizim
dəvətimizi qəbul
edib bu gün
Rusiyaya gəlmisiniz.
Xoş gəlmisiniz!
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
-Çox sağ
olun, hörmətli
Vladimir Vladimiroviç.
İlk növbədə,
bizi Rusiyaya səfərə dəvət
etdiyinizə görə
Sizə təşəkkür
etmək istərdim. Bizim görüşlərimizə
həmişə şadam.
Sizin qeyd etdiyiniz kimi, biz müntəzəm
surətdə görüşürük
və bu görüşlər münasibətlərimizə
dinamizm gətirir.
Bütün sahələrdə əlaqələrimizin inkişaf
səviyyəsindən biz də
məmnunuq. Münasibətlərimiz tamdəyərli, çox səmərəli şəkildə
inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə
dövriyyəsinin artmasını
qeyd etdiniz. Bu da ölkələrimizin
iqtisadiyyatlarında müsbət
meyillərə dəlalət
edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın
böyük potensialı
var. Əminəm ki, əmtəə dövriyyəsi
qarşıdakı illərdə
də artacaq. Biz enerji, nəqliyyat
sahələrində əməkdaşlıq
edirik.
Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi ilə bağlı məsələləri,
regional problemləri də müzakirə
edəcəyik. Bu gündəlik yetərincə
genişdir. Əminəm ki,
bizim bugünkü görüşümüz münasibətlərimizə
əlavə impuls verəcək. Dəvətə
görə bir daha təşəkkür
edirəm.
Azərbaycan.- 2018.- 2 sentyabr.- S.1-2.