Azərbaycan-Rusiya sənədləri imzalanıb
Sentyabrın 1-də Soçidə geniş tərkibdə görüş və işçi nahar başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”ı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzaladılar.
Sonra "Rosneft” Neft
Şirkəti Publik Səhmdar Cəmiyyəti
ilə Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti arasında "Qoşadaş”
blokunun və Xəzər dənizi təkinin
Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin
neft və qaz
potensialının birgə öyrənilməsi haqqında Saziş”, "Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti
arasında Kontrakt”, "Azərbaycanda
"QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının
inkişafı sahəsində əməkdaşlıq
haqqında Saziş”, "Kiçik
və orta sahibkarlığın
inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti
ilə "Azərbaycan Respublikasının Kiçik
və Orta Biznesin
İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs
arasında qarşılıqlı anlaşma
haqqında Memorandum çərçivəsində
tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, "Qazprombank”
Səhmdar Cəmiyyəti, "Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasında
Rusiya Federasiyasından ixracın dəstəklənməsi
sahəsində layihələrin birgə
reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş”, "Azərbaycan
Respublikasının Hökuməti ilə Rusiya
Federasiyasının Hökuməti
arasında elektrikötürücü xətlər
və boru kəməri vasitəsilə
keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş”, "Azərbaycan Respublikası
Hökuməti ilə Rusiya Federasiyası
Hökuməti arasında malların hava nəqliyyatı
ilə daşınması sahəsində gömrük
hüquqpozmalarına qarşı mübarizə sahəsində
qarşılıqlı fəaliyyət haqqında Protokol”, "Azərbaycan Respublikası
Hökuməti ilə Rusiya Federasiyası
Hökuməti arasında turizm sahəsində
əməkdaşlıq haqqında Saziş”,
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş”,
"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal
nəqliyyat sistemləri sahəsində əməkdaşlıq
haqqında Memorandum”, "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya
Federasiyasının Sənaye və Ticarət Nazirliyi
arasında sənaye sahəsində əməkdaşlığın
möhkəmləndirilməsi haqqında Saziş”,
"Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi və Rusiya
Federasiyasının İqtisadi İnkişaf Nazirliyi
arasında daşınmaz əmlak hüquqlarının
qeydiyyatı və kadastr fəaliyyəti
sahəsində əməkdaşlıq haqqında Saziş”, "Rusiya-Azərbaycan əməkdaşlığının
başlıca istiqamətlərinin inkişafı üzrə
Fəaliyyət Planı” və "Azərbaycan Respublikası
Hökuməti ilə Rusiya Federasiyası
Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq
Proqramı” imzalandı.
Azərbaycan.- 2018.- 2 sentyabr.- S.2.