Sooronbay Jeenbekov:” Qırğız
Respublikası qardaş Azərbaycan ilə
qarşılıqlı etimad və hörmət əsasında
dostluq münasibətlərinin gələcək
inkişafına önəm verir”
Sentyabrın
3-də Çolpon-Ata şəhərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov
ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.
Qırğız Respublikasının Prezidenti
Sooronbay JEENBEKOV dedi:
- Hörmətli İlham Heydər oğlu.
Sizi və nümayəndə heyətinin
üzvlərini Qırğızıstanın
mirvarisi – İssık-Kulun
sahilində səmimi qəlbdən salamlayıram. Mən şadam
ki, bu gün
bizə ölkələrimiz
arasında əməkdaşlığın
aktual məsələlərini
müzakirə etmək
üçün belə
gözəl imkan yaranıb. Sizin bildiyiniz kimi,
Qırğız Respublikası
bizim ölkələrimiz
arasında, qardaş Azərbaycan ilə qarşılıqlı etimad
və hörmət əsasında dostluq münasibətlərinin gələcək
inkişafına çox
böyük önəm
verir. Biz həmişə dostlarımızla
məsələlərin bütün
spektri üzrə məzmunlu söhbətə
açığıq və
hazırıq. Mən Sizi
səmimi qəlbdən
təbrik etmək istəyirəm. Bu il ölkəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyini qeyd edir. Mən bu milli bayram
münasibətilə Sizi
təbrik edirəm və vaxt tapıb
gəldiyinizə görə
çox sağ
olun.
X X X
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV dedi:
- Çox sağ
olun, hörmətli cənab Prezident, dəvətə görə
minnətdaram.
Mən qardaş
Qırğızıstana, belə
gözəl diyara səfər etməkdən
çox şadam. Siz dediyiniz
kimi, İssık-Kul Qırğızıstanın mirvarisidir.
Düşünürəm ki, bu məkan bütün dünya üçün əhəmiyyətlidir. Bu,
qırğızları və
bu gözəl yerə gələnlərin
hamısını sevindirən
nadir təbii abidədir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Sammitinin təşkili
münasibətilə Sizi təbrik etmək
istərdim. Əminəm ki, bu, bizim birliyimizi,
əməkdaşlığımızı təsdiq edən,
həmçinin ikitərəfli münasibətlərimizi
müzakirə etmək üçün
yaxşı imkan yaradan
əhəmiyyətli tədbirdir. Biz
Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm
siyasi, həm də iqtisadi
sahələrdə artırmaq niyyətindəyik. Nəqliyyat sahəsində
əməkdaşlıq üçün
yaxşı perspektivlər açılır. Əminəm ki, bizim bugünkü
görüşümüz gələcəkdə
də uğurla inkişaf
edəcək münasibətlərimizə yeni
təkan verəcək. Bir daha
qonaqpərvərliyə görə sağ
olun.
Azərbaycan.- 2018.- 4 sentyabr.- S.1.