Strateji tərəfdaşlığın
yeni və daha dinamik dönəmi başlayır
İlham Əliyevlə Vladimir
Putin arasındakı dostluq
münasibətləri möhkəm təmələ əsaslanan
əməkdaşlığa impuls verir
Qloballaşan dünyada geosiyasi sabitliyə, bərabərhüquqlu siyasətə əsaslanmadan beynəlxalq səviyyədə istənilən zəruri qarşılıqlı fəaliyyətə nail olmaq mümkünsüzdür.
Müstəqil Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, regionda maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini genişləndirmək meyarından çıxış edir. Yəni Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmama prinsipinə əsaslanan müstəqil siyasət həyata keçirir.
Möhkəm dostluq, mehriban qonşuluq və etibarlı müttəfiqlik
Azərbaycanın siyasi, iqtisadi və regional məsələlərdə əhəmiyyət verdiyi əsas dövlətlərdən biri Rusiya Federasiyasıdır. Rusiyanın həm bir qonşu, həm iqtisadi və siyasi tərəfdaş, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçu kimi böyük önəmi var.
Ona görə də Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edib. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır və münasibətlər bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Artıq yeni inkişaf mərhələsinə qədəm qoyan münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir.
Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında mövcud olan dostluq münasibətləri əsasında reallaşıb. Dövlət başçılarının son illərdəki görüşləri, rəsmi və işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini şərtləndirib.
Əməkdaşlıq telləri daha da şaxələndirilir
Aralarında möhkəm dostluq münasibətləri olan İlham Əliyevlə Vladimir Putin bu ilin son 3 ayında 3 dəfə görüşüblər.
Belə ki, iyun ayında Moskvada Futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev həmin zaman rusiyalı həmkarı ilə görüşmüşdü. Bu görüşdə Rusiya Prezidenti sentyabr ayında dövlət başçıları arasında keçiriləcək görüşə hazırlıq görüldüyünü, səfər zamanı imzalanacaq yeni iqtisadi sənədlər üzərində işlərin getdiyini diqqətə çatdırmışdı.
İki ölkə lideri arasında ikinci görüş ötən ay, avqustda Qazaxıstanda Xəzəryanı ölkələrin Zirvə toplantısında baş tutdu. Üçüncü görüş isə sentyabrın 1-də Soçidə oldu.
Ümumiyyətlə, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlərin imzalanması yeni əməkdaşlıq tellərinin əsasını qoyur. Yəni iki lider arasında sıx əlaqələr çox möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verir.
Bir sözlə, İlham Əliyevlə Vladimir Putin arasındakı müntəzəm xarakter alan görüşlər qarşılıqlı fəaliyyətin əhatə dairəsini çox genişləndirir.
Yeni sənədlər iqtisadi əlaqələrin dərinləşməsinə real zəmin yaradır
Sentyabrın 1-də dövlət başçılarının Soçidə keçirdikləri növbəti görüş və səsləndirdikləri bəyanatlar, eləcə də iki ölkə arasında imzalanan yeni iqtisadi sənədlər münasibətlərin daha da şaxələnməsinə, dərinləşməsinə real zəmin yaratdı.
Öncə onu qeyd edək ki, bu səfər zamanı iki ölkə arasında iqtisadi münasibətləri daha da genişləndirəcək yeni mühüm sazişlər və yol xəritəsi imzalandı.
Dövlət başçılarının imzaladıqları "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”dan sonra "Rosneft” Neft Şirkəti ilə SOCAR arasında "Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, "Rosneft”lə SOCAR arasında Kontrakt”a imza atıldı.
Bundan başqa, "Azərbaycanda "QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında”, "Qazprombank”la, "Rusiya İxrac Mərkəzi” və SOCAR arasında Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında”, "Elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında”, eləcə də iki ölkə arasında turizm, idman sahəsində əməkdaşlıq haqqında sazişlər imzalandı.
Yeni imzalanan sənədlər arasında "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” ilə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, "Malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”, eyni zamanda "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”da yer aldı.
İqtisadiyyat Nazirliyi ilə Rusiya Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında sazişlər də bağlandı.
İki ölkənin əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı və 2024-cü ilədək əməkdaşlıq proqramı da imzalanan sənədlər arasında yer aldı.
Beləliklə, iki dövlət arasında indiyədək imzalanan sənədlərin arasına daha 15 yeni sənəd də əlavə olundu. Bu sazişlər, protokollar, memorandumlar, əməkdaşlıq proqramları, əlbəttə ki, iqtisadi əlaqələrin daha da şaxələnməsinə müsbət töhfə verəcək.
Rusiya iqtisadiyyatımıza 4 milyard
dollara yaxın investisiya yatırıb
Hazırda iki ölkə arasında İqtisadi əməkdaşlıq məsələləri
üzrə Hökumətlərarası
Dövlət Komissiyası
və Azərbaycan-Rusiya
İşgüzar Şurası
fəaliyyət göstərir.
2016-cı
ildə yaradılan İşgüzar Şuranın
əsas məqsədi
Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları
arasında əməkdaşlığı
daha da genişləndirməkdir.
Bu məqsədlə Azərbaycan-Rusiya
İşgüzar Şurası
Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar
Şurası ilə yaxından əməkdaşlıq
edir və iş adamlarının iştirakı ilə mütəmadi olaraq birgə iclaslar keçirilir.
Rusiya Azərbaycanın
əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin birinci yarımilliyində
ticarət dövriyyəsi
20 faizədək artıb.
Azərbaycandan qeyri-neft məhsullarının
ixracı üzrə Rusiya birinci yerdədir. Bu ilin 6 ayı ərzində Azərbaycanın
ən çox məhsul idxal etdiyi ölkələrin siyahısına da Rusiya başçılıq
edir. Belə ki, 6 ayda Rusiyadan məhsul idxalının dəyəri
917 milyon 145 min dollar olub.
Ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına
4 milyard dollara yaxın investisiya yatırıb. 2017-ci ildə
Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması
Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin
genişlənməsində əhəmiyyətli addımdır.
Təsadüfi deyildir ki, Azərbaycanın
ilk ticarət nümayəndəliyi
məhz Rusiyada yaradılıb. Bundan başqa, Heydər
Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan
şəhərində Azərbaycan
Biznes Mərkəzi açılıb və yaxın zamanlarda Rusiyada da Azərbaycan
Ticarət Evi fəaliyyətə başlayacaq.
2,5 milyard dollara
yüksələn əmtəə
dövriyyəsi
2017-ci ilin yekununa görə,
Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi
35 faiz artaraq 2,5 milyard dollara
çatıb. Rusiyanın
Azərbaycana birbaşa
kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib.
Azərbaycan bazarında təxminən
700 birgə müəssisə,
onlardan da üçdəbiri yüz
faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik
və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan
İşgüzar Şurası
təkcə ötən
il ümumi
dəyəri 450 milyon
dollar olan 42 birgə layihəyə dəstək
göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla
işləyir. Bunlar
"Qazprom”, "Transneft”
və "Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və
Azərbaycanın enerji
sistemləri inteqrasiya
rejimində fəaliyyət
göstərir.
İmzalanan son sənədlər isə əmtəə dövriyyəsini
daha da artırmağa,
inteqrasiya əlaqələrini
intensivləşdirməyə imkan verəcək.
Bundan başqa,
sənaye sahəsində
kooperasiya dərinləşir. Rusiyanın "R-Farm” şirkəti 2019-cu ildə
Azərbaycanda açılacaq
dərman preparatlarının
istehsalı müəssisəsinin
tikintisinə 74 milyon
dollar sərmayə yatırıb.
Həmçinin "Qazprombank” Sumqayıt
Kimya Sənaye Parkının inkişafında
iştirak edir. Sərmayənin həcmi təqribən
750 milyon dollar təşkil
edir.
Görüş zamanı iki ölkənin birgə bir neçə uğurlu layihə icra etdiyini xatırladan
Rusiya Prezidenti Vladimir
Putin bildirib ki, Azərbaycan Prezidenti "KamAZ” Gəncə Avtomobil Zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını
və onlara xidmət göstərilməsini
qaydaya salıb.
Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də
onlardan 17-si ticari-iqtisadi
və elmi-texniki əməkdaşlıq barədə
çərçivə sazişləri
bağlayıb.
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının
intensiv fəaliyyətinin
nəticəsi olaraq iki ölkə arasında iqtisadi əlaqələr yüksək
dinamizmlə inkişaf
edir.
"Şimal-Cənub” dəhlizi ən perspektivli layihə hesab olunur
Rusiya və Azərbaycan liderləri nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığa
xüsusi önəm veriblər. Prezidentlər "Şimal-Cənub” dəhlizini ən perspektivli layihə adlandırıblar. Çünki bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yükdaşımaları xeyli
sürətləndirməyə imkan verəcək.
Bu arteriyanın ümumi
uzunluğu 7 min kilometrdən
artıqdır. Buraya dərmir yolu,
bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də "Şimal-Cənub”
dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək.
Prezident
İlham Əliyev marşrutun ayrı-ayrı
hissələri üzrə
iş aparıldığını
və Azərbaycanın
öz tərəfindən
ölkə ərazisində
bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini
həyata keçirdiyini
söyləyib. Bu il "Şimal-Cənub”
nəqliyyat dəhlizi
ilə keçən illə müqayisədə
100 dəfə çox
yük daşınıb.
Bu isə hələ
başlanğıcdır. Çünki bu genişmiqyaslı
qlobal layihə çoxsaylı ölkələri
və qitələri əhatə edəcək.
Beləliklə, iki ölkənin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri açılacaq.
Dəyəri 5 milyard dolları
keçən hərbi
təyinatlı məhsullar
Prezidentlər hərbi-texniki sahədə
gələcək əməkdaşlığı
da müzakirə ediblər. Əlbəttə
ki, bu əməkdaşlığın
artıq böyük ənənələri var. Rusiya
ilə Azərbaycan arasında reallaşdırılmış
kontraktların həcmi,
daha doğrusu, ölkəmiz tərəfindən
Rusiyadan alınmış
hərbi təyinatlı
məhsulların dəyəri
5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir.
Prezident İlham Əliyev vurğulayıb ki, bunun səbəbi Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinin
davam etdirilməsidir. Rusiya isə
dünyada hərbi məhsulların ən mühüm istehsalçısı
və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır.
Birgə layihələrin icrası üçün yeni imkanlar yaranıb
Bir sözlə, əminliklə söyləyə bilərik ki, Rusiya və Azərbaycan liderləri arasında şəxsi səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir. Yeni imzalanan iqtisadi sənədlər, yol xəritələri və avqust ayında Qazaxıstanda Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş konvensiya birgə müəssisələrin yaradılması, birgə layihələrin icrası üçün yeni imkanlar açır.
Dövlət başçıları arasında keçirilən son danışıqlar Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Xüsusən də liderlərin imzaladıqları birgə bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sazişlər paketi məhz buna istiqamətlənib. İqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri Azərbaycan və Rusiya arasında dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 4 sentyabr.- S.1;4