Erməni KİV: “İlham
Əliyev Ermənistana növbəti zərbəni Soçidən
vurdu”
Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşünün nəticələri Ermənistanda məyusluq və ciddi narahatlıqla qarşılandı
Prezident İlham Əliyevin Rusiyaya son rəsmi səfəri, eləcə də burada rusiyalı həmkarı Vladimir Putinlə görüşü, imzalanan sənədlər növbəti dəfə iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətə malik olduğunu təsdiqlədi. Bütün bunlar həm də onun göstəricisidir ki, qarşıdakı dövr ərzində də Azərbaycan-Rusiya əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edəcək. Belə vəziyyət, öz növbəsində, mövcud geosiyasi, geoiqtisadi reallıqlar baxımından hər iki dövlətin maraqlarına tam cavab verir.
Bu mənada tam qətiyyətlə söyləmək mümkündür ki, ölkələrimiz arasında strateji müttəfiqlik münasibətləri davamlı inkişaf edəcək və bundan hər iki tərəf qazanacaq. O da istisna edilmir ki, Dağlıq Qarabağ münaqişəsi də Rusiyanın danışıqlar, sülh prosesinə verdiyi və verəcəyi töhfələrlə öz ədalətli, müsbət həllini daha tez tapa bilər.
Ermənistanda ciddi təlaş
Rusiya ilə Azərbaycan arasında dinamik, intensiv inkişaf edən əlaqələr isə işğalçı Ermənistanda ciddi təlaş yaradır. İşğalçı dövlətdə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, bütün sahələr üzrə əlaqələrin genişləndirilməsi, ən əsası isə Vladimir Putinin regional problemlərlə bağlı İlham Əliyevlə müzakirələr aparmağa üstünlük verməsi əməlli-başlı qorxu yaradıb.
Özü də o vaxt ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşməkdə davam edir.
Bunu sabiq prezident Robert Koçaryan da təsdiqləyir. O, yeni hökuməti Qərbin əlaltısı olmaqda ittiham edərək göstərilən məqamla
bağlı bildirir:
"Ermənistanda hakimiyyətə
gələn adamlar uzun illər Rusiyaya qarşı, Ermənistanın Avrasiya İttifaqında iştirakına
qarşı çıxıblar,
burada Rusiya hərbi bazasının əleyhinə olublar. Təsəvvür etmək çətindir
ki, bütün bunları bir günə necə dəyişmək olar”.
Koçaryan bildirib ki, Nikol Paşinyan və komandası tamamilə qərbyönümlüdür:
"Komanda, demək olar ki, keçmişdə
tamamilə başqa geosiyasi yanaşmalara sadiq adamlardan ibarətdir. Onların, demək olar
ki, hamısı Qərb strukturları, qrantları ilə bağlıdır”.
Koçaryana görə, Rusiyadan üz döndərmək istəyənlərin yanaşması
təhlükəlidir. Çünki
regionda təhlükəsizlik
sahəsində Rusiyadan
çox imkanlara malik olan ikinci
ölkə yoxdur:
"Kimin rıçaqları,
təsiri, hərbi imkanları böyükdür?
Hesab edirəm ki, sualın cavabı aydındır. Artıq formalaşmış
münasibətlərdən imtina etmək olmaz. Ona görə də
Brüsselə tərəf
boylananlar yanılırlar”.
Təhlükə təbili çalınır
Erməni ekspert Aşot Cahangiryan isə vurğulayır ki, Ermənistanla Rusiya arasında münasibətlər
pisləşdiyi vaxtda
Moskva-Bakı əlaqələrində
bunun tamam əksi müşahidə
olunur. Bir sözlə, təhlükə
təbili çalınır:
"Azərbaycan Prezidentinin
son səfəri fonunda
biz bunu yenidən müşahidə etdik. Rusiya və Azərbaycan münasibətlərini strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəldirlər. Bizim hakimiyyət isə bunun əvəzində Rusiya ilə münasibətləri xeyli
pisləşdirə bilib”.
Rusiya Federasiyası Dövlət
Dumasının deputatı,
Rusiya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Dmitri Savelyev
də qeyd olunan fonda
Prezident İlham Əliyevin Rusiyaya səfərini olduqca yüksək qiymətləndirir.
O vurğulayır ki, Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü
ölkələrimiz arasında
münasibətlərin inkişafında
olduqca mühüm mərhələdir: "Göz
qabağındadır ki,
iki dövlətin liderləri arasında şəxsi səmimi dostluq münasibətləri
bu proseslərə çox güclü impuls verir. Ölkələrimiz arasında əmtəə
mübadiləsinin artması
xarici iqtisadi qarşılıqlı əlaqələrin
inkişafının böyük
potensialını nümayiş
etdirir. Bu yaxınlarda Xəzərin
hüquqi statusu haqqında qəbul edilmiş konvensiya birgə müəssisələrin
yaradılması, birgə
layihələrin icrası
üçün yeni imkanlar açıb.
Siyasi zəmin də çox vacibdir - olduqca mürəkkəb xarici siyasi şəraitdə
biləndə ki böhranlı vəziyyətdə
qardaş xalqlar hər zaman çiyin-çiyinə duracaq,
onda Qərb tərəfdən xarici təzyiqə qarşı
müqavimət göstərmək
xeyli asan olur. Rusiya ilə Azərbaycan
arasında sarsılmaz
münasibətlər bütün
regionda təhlükəsizliyin
əsasıdır. Buna
görə də bu məsələ prezidentlərin Soçi görüşündə diqqət
mərkəzində idi”.
"Rusiya Ermənistanın dostu sayıla bilməz”
Hazırda Ermənistanın nə Rusiya, nə də Qərblə münasibətləri normal səviyyədədir. Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında mövcudluğunu davam etdirirdisə, indi Nikol Paşinyan iqtidarının həyata
keçirdiyi siyasət
üzündən bu himayədən məhrum olmaqdadır. Əvəzində Rusiya ilə Azərbaycanın münasibətləri
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlir.
Ermənistanın "armenianreport” saytı bununla bağlı yazır ki, artıq yaranmış vəziyyətdə Rusiya Yerevana əvvəlki diqqət və qayğını göstərmir:
"Prinsipcə çoxdan
aydın idi ki, Rusiya Ermənistanın
müttəfiqi və
dostu sayıla bilməz. Regionun geopolitik situasiyası
sürətlə dəyişir.
Dünənə qədər inanılmaz
görünən məsələlər
bu gün gözümüzün önündəcə
çökür. Dünənki dostlar və müttəfiqlər birdən-birə
yadlaşırlar. Belə
bir inanılmaz və çılğın
vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva erməni
tərəfinin maraqları
ilə hesablaşmadığını
göstərmək qərarına
gəlib”.
"Moskva Yerevana qarşı qəzəblidir”
Ermənistanın "İravnuk” qəzeti isə yazır ki, Prezident İlham
Əliyevin Rusiya səfəri Yerevanı daha sürətlə Moskva üçün arxa plana itələyir:
"Bunun səbəbləri
çox sadədir. Rəsmi Yerevan əslində Rusiyaya qarşı hansısa addım atmadığını,
Qərblə gizli sövdələşmələrə getmədiyini bəyan etsə də, real vəziyyət bunun tamam əksini göstərir. Məhz elə
bu səbəbdən Moskva Yerevana qarşı qəzəblidir.
Moskva qəzəbini
əslində müxtəlif
formada ifadə etməyə başlayıb. Ermənistanda iqtisadi vəziyyətin daha da ağırlaşması
bunun bir təzahürüdür. Amma bu, hələ başlanğıcdır.
Rusiya satdığı enerjidaşıyıcıların
qiymətini qaldırsa,
onda vəziyyət çox pis olacaq. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsində Rusiyanın
Azərbaycanla yaxınlaşması
Yerevan üçün sadəcə
fəlakət hesab oluna bilər. Amma görünür, Nikol Paşinyan iqtidarı bütün bu reallıqları hesablamaqda
çətinlik çəkir.
Ona görə də bizi müsbət nəsə gözləmir.
Azərbaycan vəziyyətdən maksimal dərəcədə
istifadə etməyə
çalışır və
Prezident İlham Əliyevin son Rusiya səfəri bunun faktiki göstəricisidir.
Azərbaycan bu gün kifayət qədər uğurlu gedişlər etməyi bacarır və Ermənistan bunun ağrısını daha
çox hiss edəcək.
Görünən odur ki, İlham Əliyev Ermənistana növbəti
zərbəni Soçidən
vurdu”.
"Rusiya Azərbaycana daha çox üstünlük verir”
Ermənistan Beynəlxalq Münasibətlər
və Təhlükəsizlik
İnstitutunun eksperti Gevorq Melikyan isə mətbuata açıqlamasında Soçi
görüşünü şərh
edərkən bildirib ki, müzakirələrin əsas mövzusu Rusiya və Azərbaycan arasında müxtəlif istiqamətlər
üzrə əlaqələrin
dərinləşdirilməsi olub: "Rusiya-Azərbaycan
əlaqələri təkcə
iqtisadi münasibətlə
məhdudlaşmır. Hərbi-sənaye,
ticarət, nəqliyyat,
energetika və s. mühüm sahələri
əhatə edir. Ermənistana
münasibətdə isə
Rusiya daha çox siyasi və hərbi sahələrə xüsusi
diqqət ayırır.
Digər
sahələr üzrə
ikitərəfli münasibətlərin
dərinləşdirilməsi ilə bağlı səylər obeyktiv və subyektiv səbəblərdən diqqətdən
kənarda qalır”.
Rusiyanın Ermənistanla müqayisədə
Azərbaycana daha çox üstünlük
verməsini isə o, iki dövlətin qarşılıqlı investisiyalarının
həcmini göstərməklə
əsaslandırıb. Onun sözlərinə
görə, Moskva və Bakı arasında əlaqələrin
daha da inkişaf
etdirilməsi Ermənistanın
əhəmiyyətini Moskva
üçün azalda
bilər.
Xarici siyasətdə növbəti fiasko
Qeyd olunduğu kimi, bütün bunlar Prezident İlham Əliyevin növbəti qələbəsi, Paşinyanın xarici siyasətinin fiaskosu da sayıla bilər. Belə vəziyyətdə Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Rusiyaya yola düşəcək və ümid edir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu açıqlamadan aydın görünür ki, Putinin Paşinyanı qəbul etməsi sual altındadır və belə vəziyyət Moskvanın Yerevana münasibətinin aydın göstəricisidir.
Paşinyan isə hələ də ümid edir ki, Moskva görüşündə Ermənistan-Rusiya münasibətləri ilə bağlı bir çox məsələlər həll ediləcək. Lakin Ermənistanın mövcud siyasəti onun Rusiya ilə münasibətlərində daha böyük çatların yaranacağını göstərir. Azərbaycan-Rusiya münasibətlərində isə bunun tam əksi qeydə alınır və bu hal ölkəmizin regionda mövqelərini daha güclü edir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 4 sentyabr.- S.1;4.