Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli və “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 24 may tarixli 1418 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli "Elektron ipoteka kredit zəmanətsistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli fərmanlarının icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1036; 2017, ¹ 4, maddə 526, ¹ 7, maddələr 1340, 1370, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2328; 2018,

¹ 5, maddə 900) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü 8-ci hissələrdə, 9.1-ci bənddə "Elektron ipotekasözləri "Elektron ipoteka kredit zəmanətsözləri ilə əvəz edilsin;

1.2. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 4.2-ci bəndində "Elektron ipotekasözləri "Elektron ipoteka kredit zəmanətsözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1820; 2017, ¹ 5, maddə 821, ¹ 11, maddə 2006; 2018, ¹ 2, maddə 181, ¹ 6, maddə 1196) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 6.3-cü bəndində "Elektron ipotekasözləri "Elektron ipoteka kredit zəmanətsözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 5, maddə 822; 2018, ¹ 6, maddə 1196) ilə təsdiq edilmiş "Güzəştli mənzilsistemi haqqında Əsasnamə”nin 6.1.6-cı yarımbəndində "Elektron ipotekasözləri "Elektron ipoteka kredit zəmanətsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 sentyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 6 sentyabr.- S.6.