Zərdab rayonunun
Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Yeddi min nəfər əhalinin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon (bir milyon üç
yüz iyirmi min) manatı Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr
2018-ci il
Azərbaycan.-2018.-
9 sentyabr.- S.2.