“Hesablama
Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli
1199-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının
2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Hesablama Palatası
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. "Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun
7.0.4-cü, 7.0.6-cı, 7.0.7-ci, 12.3-cü, 20.5-ci maddələrində, 21.11-ci maddəsinin
birinci cümləsində
(hər iki halda), 21.13-cü maddəsində,
22.16-cı maddəsinin ikinci
cümləsində (hər
iki halda), 24.7-ci,
28.1-ci, 32.3-cü və 33.4-cü maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin qanunun
7.0.4-cü, 7.0.6-cı, 7.0.7-ci, 20.5-ci maddələrində,
21.11-ci maddəsinin birinci
cümləsində (hər
iki halda), 21.13-cü,
22.16-cı maddəsinin ikinci
cümləsində (hər
iki halda), 24.7-ci,
28.1-ci və 32.3-cü maddələrində
"orqan” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;
2.3. həmin qanunun
12.3-cü və 33.4-cü maddələrində
"orqan” dedikdə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi nəzərdə tutulur.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Hesablama
Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr
2018-ci il
Azərbaycan.-2018.- 9 sentyabr.- S.5.