Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli
fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23
fevral tarixli 1256 nömrəli fərmanı
ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nı "Tibbi
sığorta haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
200, ¹ 6, maddə 1105, ¹ 9, maddə
1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr
415, 419, 429; ¹ 5, maddələr 915, 927; Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 13
iyul tarixli 195 nömrəli fərmanı)
ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”na aşağıdakı
məzmunda 18-ci hissə
əlavə edilsin:
"18. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adından:
18.0. Məcəllənin 469.1-ci (icbari
tibbi sığortaya münasibətdə) maddəsində
nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə
- İdarə Heyətinin
sədri, sədrin müavinləri, İdarə
Heyətinin üzvləri,
departament, idarə, xidmət, filial və nümayəndəliklərinin rəhbərləri,
şöbə müdirləri,
koordinatorlar, baş məsləhətçilər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust
2018-ci il
Azərbaycan.-2018.-
9 sentyabr.- S.5.