“Tibbi
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli
241 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Tibbi sığorta
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanını "Tibbi
sığorta haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
"Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
20; 2003, ¹ 10, maddə 585; 2008, ¹ 8, maddə 716; 2016, ¹ 6, maddə
1060; 2018, ¹ 2, maddə 212) 2-ci hissəsinin dördüncü
abzası aşağıdakı
redaksiyada verilsin:
"həmin qanunun
12-ci maddəsinin ikinci
hissəsində "qurum”
dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust
2018-ci il
Azərbaycan.-2018.-
9 sentyabr.- S.5.