Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Gyorge İvanova
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Azərbaycan-Makedoniya münasibətləri dinamik
inkişaf yolundadır. Ümidvaram ki,
dostluq əlaqələrimizin
daha da möhkəmlənməsi,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
inkişafı xalqlarımızın
rifahına daim töhfələr verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Makedoniya
xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 5 sentyabr
2018-ci il.
Azərbaycan.- 2018.- 8 sentyabr.- S.2.