Hacıqabul rayonunun
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi
(103 km)-Navahı-Pirsaat avtomobil
yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (103 km)-Navahı-Pirsaat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr
2018-ci il
Azərbaycan.- 2018.- 8 sentyabr.- S.2.