28 mayısa doğru!..

 

 

Çarlıq Rusiyanın süqutundan təqribən bir ay sonra, 1917 sənəsi nisanın ortalarında Bakının məruf "İsmailiyyə” binası salonunda toplanmış olan ümumi Qafqasiya islamları qurultayı yeni Rusiyanın şəkli-idarəsini müzakirə ediyordu. Rusiyada yaşayan 30-35 milyonluq türklərin milli inkişaflarını təmin üçün hankı bir üsuli-idarəyə ehtiyac vardır? Rusiyada yaşayan türklər nə kibi bir proğramla meydana çıxmalıdırlar?

Şübhəsiz ki, yeganə yol istiqlal yolu idi. Hər millət kəndi müqəddəratına hakim olmaqladır ki, milli varlığını, milli harsını və milli xüsusiyyətlərini mühafizə və inkişaf etdirə bilir. Fəqət Rusiyanın o əsrididə təhəkkümü altında boğulan, inkişaf və hazırlıqdan nisbətən məhrum olaraq çıxmış olan türklər bu istiqlala yavaş-yavaş, Rusiyadakı digər məhkum millətlərlə birlikdə yürüyəcəklərdi. Onun üçün qurultayda hakim bulunan Azəri milliyyətpərvərlər firqəsi "Müsavat” Azərbaycan, Türkistan, Qırğızıstan, Başqırd, Kazan, Krım türkləri üçün milli-məhəlli avtonomibuna görə Rusiyanın federasyon əsası üzərinə qurulmasını təklif ediyordu.

Bu tezisə qarşı sağsol cinahlarda, yalnız dini və harsı avtonomilə iktifa eyləyən Rusiya mərkəziyyətçiləri vardı.

Bilaxirə qurultayın qəbul etdiyi "Müsavattezisini eyni sənənin mayıs ayında Moskvada açılan bütün Rusiya türklərinin konqrasında "Müsavatlideri Məhəmməd Əmin Rəsulzadə müdafiə edərkən, Qafqasiya qurultayında olduğu kibi, qarşısına sol mərkəziyyətçilər çıxmış, Rusiya mərkəziyyətini müdafiə edərək ədəmi-mərkəziyyətin istiqlala, tamamilə ayrılmağa götürən bir yol olduğunubunun da yeni ixtilalçı Rusiya demokrasisinə xəyanət olacağını isbata çalışıyorlardı. Fəqət Qafqasiya qurultayının qərarı bu böyük türk qurultayı tərəfindən dəxi davamlı alqışlarla qəbul edilmişdi.

Azərbaycan və digər türk millətsevənlərinin vəzifələri bununla bitmiyordu. Biləks, sağından tutmuş soluna qədər bütün Rus siyasi partilərilə ozamankı ixtilal hökumətinin tamamilə quduzlanmasını mücib olduğundan türklərdə başlayan bu hərəkata qarşı təzyiq və hücum artmağa başlamışdı. Bir tərəfdən bu hücumlara və təzyiqlərə qarşı durmaq, digər tərəfdən fövqüzzikr müqərrəratı (qərarları) həyata keçirmək üçün milli qüvvətləri milli təşkilatlar ətrafında toplamaq, bu təşkilatların kəndisini vücuda gətirmək, məzkur təşkilatlar vasitəsilə Rusiyanın gələcək müqəddəratını təyin edəcək Məclisi-Müəssisana hazırlanmaq lazım gəliyordu.

Azərbaycan millətsevənləri bu təşkilat dövrü vəzifələrini, müvəqqəti ixtilal hökumətinin yaratdığı bütün müşkülata rəğmən, tam bir müvəffəqiyyətlə ifa etdilər. Vaqe olan ümumi, müsavi, xəfi və müstəqim seçkilərdə, qadın və ərkəgin müsavi iştirakları ilə Azərbaycan mərkəzi və məhəlli "Milli şuraları” "Müsavat” firqəsilə milliyyətpərvər demokrat qrupun tam müzəffəriyyəti altında təşəkkül eylədi.

Milli Şura bir tərəfdən Azərbaycan məhəlli idarəyi əlinə almağa çalışırkən digər tərəfdən Rusiya Məclisi-Müəssisanına icra edilən seçkilərə hazırlanıyor, eyni zamanda türklərlə olduğu kibi, Rusiyanın digər məhkum millətləri olan Ukrayna, Leh, Fin, Eston, Latış, Litva, Gürcüs. ilə bir birlik yapmağa və müştərək bir cəbhə yaratmağa çalışıyordu. Bu məqsədlə Ukraynanın mərkəzi olan Kiyev şəhərində, Azərbaycan müməssillərinin iştirakı ilə açılan konqre gələcək Rusiya Məclisi-Müəssisanında millətlərin hürriyyətini tələb eyləmək üçün rus olmayan bütün millətlərin müştərək hərəkət eyləməsinə qərar vermişdi.

Böylə bir hazırlıq və vahid cəbhə ilə, Azərbaycan və onun hürriyyəti şüarı ilə Məclisi-Müəssisan seçkilərinə girişən Azərbaycan millətsevənləri Azərbaycan xalqının 95 faizinin rəyini qazanmağa müvəffəq olmuşdu.

Fəqət bu zaman Rusiya ixtilalı tarixində bir dönüm anı başladı. Təşrini-sani (noyabr) ayının başlanğıcında 1917 sənəsində Mərkəzi Rusiyada hakimiyyəti bolşeviklər əllərinə aldılar və açılmaq üzrə olan Məclisi-Müəssisanı dağıdaraq diktatorluq elan etdilər. Rusiyayı tam bir anarşi bürüməyə başladı. Qafqasiya ilə Rusiyanın irtibatı tamamilə kəsildi. Yeni bir vəziyyət və yeni bir şərait vücuda gəldi ki, ona görə də yeni bir taktik qəbul etmək icab ediyordu. Rusiyada şubat (fevral) ixtilalından sonra Qafqasiyada əski çar nayibligi əvəzində türk, gürcü və ermənilərdən mütəşəkkil bir Mavərayi-Qafqasiya (Zaqafqasiya) komisarlığı təsis edilmişdi. Mərkəzi Rusiyada bolşevik hökuməti təəssüs etdikdən sonra Zaqafqasiya komisarlığı bolşevik hökumətini qəbul etməməgi, müvəqqətən hökumət şəklini almayı qərara alaraq 28 noyabr 1917-də Zaqafqasiya millətlərinin milli təşkilatlarının iştirakı ilə Y.Qeqeçkorinin rəyasətində təşəkkül edən bu hökumət Zaqafqasiya millətlərindən Rusiya Məclisi-Müəssisanına seçilmiş məbusların iştirakilə Zaqafqasiya Seymi (Parlamentosu) dəvət eyləməgi qərara aldı. Y.Qeqeçkori 1918 sənəsinin 25 fevralında Tiflisdə açılan türk, gürcü, erməni və rus məbuslarından ibarət olan Seymə komisarlğı təslim etdikdən sonra Yeni Qeqeçkori hökuməti təşəkkül etdi.

Zaqafqasiya Seymində siyasi firqələr deklarasiyonlarını elan edərkən Seym məzbətələrindən (protokollarından) görüldügü vəchilə, yalnız "Müsavatfraksiyonu idi ki, bütün millətlərin, o cümlədən Azərbaycan dəxi müstəqil olması məqsədini güddüklərinibunun üçün çalışdıqlarını elan ediyordu.

Fəqət Seym qarşısında o zaman daha həyati məsələ duruyordu. Rusiyada başına gələn bolşeviklər Almaniya-Türkiyə ilə əqd etmiş olduqları məruf Brest-Litovsk müahidəsi mövcibincə Türkiyə Batum, Qars və Ərdəhan tərəflərini işğal ediyordu. Rusiyanın əski Qafqasiya hərb cəbhəsinin tamamilə ləğv edilməsi lazım gəliyordu. Türkiyə ilə mütəqabil münasibəti təyin eyləmək lazım idi. Fəqət Türkiyə Qafqasiyayı Rusiyanın bir hissəsi halında bildigindən onunla müstəqil bir hökumətlə olduğu şəkildə qonuşmuyordu. Brest-Litovsk qərarının Qafqasiyaya görə tətbiqi əleyhində olan Seym əksəriyyəti hüquqən Rusiyanın bir qismi olmaq həsəbilə Brest-Litovsk müqərrəratını qəbul eyləmək, Türkiyənin QarsBatuma girməsinə mane olmamaq məcburiyyətində idilər. Brest müahidəsinin tətbiqindən sonra belə Türkiyə ilə müstəqil bir dövlət şəklində anlaşmaq mümkün olmayacaqdı. Çünki Qafqasiya kəndisini rəsmən Rusiyadan ayrı olaraq elan etməmişdi.

Böylə bir vəziyyət qarşısında Zaqafqasiya Seymində və onun Türkiyə ilə müzakirə üçün göndərdigi heyət içərisində bir vəhdət olmadığı meydana çıxmışdı.

Qars-Batumu Türkiyəyə vermək istəmiyən əksəriyyət fraksiyonları Qafqasiyanın müstəqil elan edilməsində dəxi tərəddüd ediyorlardı. Halbuki azərbaycanlılar hər şeydən əvvəl Qafqasiyanın müstəqil elan edilməsini, Türkiyənin təkliflərini qəbul edərək anlaşmayı, ondan sonra Erivan tərəflərində və Azərbaycanda qətliama məruz bulunan türk xalqının qurtarmasına baxmağı istiyorlardı.

Türkiyənin BatumaQarsa girmək üçün irəliləməyi davam eyləməsi bütün Zaqafqasiyanın müqəddəratını meydana qoyurdu. "Müsavat” firqəsi rəisi Rəsulzadə Məhəmməd Əmin bəyin hərarətli müdafiəsindən sonra Seym 9 nisan 1918-də "Zaqafqasiyanın müstəqil xalq cümhuriyyəti” olduğunu elan eylədi.

Fəqət Zaqafqasiyanın Azərbaycan qismi və ümumiyyətlə türklərlə məskun yerlər atəş içərisində yanıyordu. Bakıdakı rus əmələsi, rus əskəri qüvvəti və cəbhədən dönən erməni əskəri hissələrinə istinad edən və Şaumyanın idarə etdigi bolşevik firqəsi Bakıda 14.000 türk əhalisini kəsdikdən sonra Şamaxı, Lənkəran, Səlyan tərəflərini işğal edərək, Gəncəyi işğal üçün Kürdəmir və Hacıqabulda duran bir ovuç milli Azərbaycan alayını mühasirə altına almaq üzrə bulunuyordu. Şərqi Azərbaycan bolşevik-daşnaq atəşi içərisində yanmaqda ikən İrəvan vilayətində dəxi yüzlərlə türk köyləri imha ediliyordu. Zaqafqasiya hökumətini təşkil edən millətlər hərə kəndi başını qurtarmaqla məşğul bulunduğundan bu hökumətdən Azərbaycana felən bir yardım olmuyordu.

Bu surətlə daxilixarici siyasətdə daha müştərək bir proğram tənziminə müvəffəq olmayan Seym 26 mayısda aşağıkı qərar ilə kəndisini ləğv edərək milli vahidlərə ayrıldı.

"Müstəqil Zaqafqasiya Cümhuriyyətini təşkil edən millətlər arasında hərb və sülh məsələsində ixtilaf rəy görüldügündən, bundan dolayı bütün Zaqafqasiya naminə səlahiyyətdar bir hökumət təşkili mümkün olmadığından, Seym, Zaqafqasiyanın parçalandığını bir əmri-vaqe kibi tələqqi edərək kəndi səlahiyyətini tərk ediyor”.

Eyni gündə Seymin gürcü fraksiyonu Gürcüstanı Müstəqil Cümhuriyyət elan edərək Türkiyə ilə ayrıca müzakirəyə başladı. Fəqət Türkiyə artıq Batuma girmişQarsa sahib olmuşdu.

Azərbaycan kəndi müqəddəratını kəndisi təyin eyləmək, atəş içərisində olan məmləkətdə nizamasayiş qurmaq, paytaxtını qurtarmaq kibi böyüktarixi imtahanlar qarşısında bulunuyordu. Ordusu, parası, dövlət makinası olmayan bir millətin bütün bu tarixi vəzifələri ifa etməgə qalxması xariqüladə bir hadisə olacaqdı. Azərbaycan Milli Şurası, Azərbaycan Məclisi-Məbusanı toplanancaya qədər bu tarixi məsələləri həll etmək təşəbbüsünü kəndi öhdəsinə alaraq Mayısın 28-də 1918 sənəsində Cənubi və Şərqi Zaqafqasiyadan ibarət Azərbaycanın bu gündən etibarən tam hüquqlu müstəqil bir dövlət olduğunubu müstəqil Azərbaycan dövlətinin şəkli idarəsi Xalq Cümhuriyyəti olduğunu elan eylədi.

Həziranın (iyunun) 4-də Azərbaycan Cümhuriyyəti Türkiyə ilə ilk beynəlmiləl müahidəsini əqd ediyordu. Bu müahidələr içərisində ən mühümini təşkil edən əskəri müqavilə mövcibincə Türkiyə Azərbaycana əskəri yardım göndərməgi vəd ediyordu.

Müştərək Türkiyə-Azərbaycan ordusu eylülün (sentyabrın) 15-də Bakıyı daşnak-bolşevik qüvvətlərindən təmizlədi və hökumət Gəncədən Bakıya köçdü. Təşrini-saninin (noyabrın) 16-da, tariximizdə pək qiymətli və pək müqəddəs işlərilə şərəfli səhifələr tutacaq bu Şurayi-Milli son ictimaini yaparaq mövqeini 1918 sənəsi 7 kanuni-əvvəldə (dekabrda) açılan Azərbaycan Məclisi-Məbusanına tərk etdi.

Bu, istixlas və mücadilə dövrünün sonu, mədəni quruluşdaxili fəaliyyət dövrünün başlandığı demək idi.

Əgər bu hürr və müstəqil yaşayışımıza, bu mədəni quruluş və fəaliyyətimizə, hər bir bitərəf avropalının belə etiraf eylədigi üzrə, əgər bu heçdən yaratdığımız bir varlığa fasilə verilmişsə, əgər biz 12 ildən bəri o məsud və altın dövrümüzü yenidən qaytarmaq üçün bütün varlığımız ilə çarpışıyoruzsa, bu, 28 Mayısın tariximizdə, bəlkə Azərbaycanın ilk Türk Cümhuriyyəti olması etibarı ilə bütün türk tarixində açdığı böyükparlaq dövrün əhəmiyyətini qətiyyən azaltmaz. Bəlkə bugünkü fədakarlıqlar, bugünkü israr, inad və mücadilə kəndi qüvvətini, kəndi ilhamını həp o 28 Mayısdan almaqdadır.

Millətimizin varlığını, hakimiyyətini və hürriyyətini elan edən, ona milli bir bayraq, milli bir məfkurə, müstəqil bir dövlət həyatı verən 28 Mayısın ikinci bir 15 eylül təmin edəcəgi şübhəsizdir.

 

Əsrididə - əsrlər görmüş, qoca, köhnə

Xəfi - gizli

 

Qeyd: Məmmədzadə Mirzə Bala (1898, Bakı-Zirə kəndi - 1959 İstanbul). Azərbaycan milli istiqlal hərəkatının görkəmli xadimi, publisist, yazıçı, tarixçi.

 

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd

Hüseynov təqdim edib

 

M.B.MƏMMƏDZADƏ,

"Odlu-Yurd”, 28 Mayıs 1930, N 16

Azərbaycan.-2018.- 11 sentyabr. - S.5.