Qırğızıstan KİV-i Prezident İlham Əliyevin Çolpon-Ata
şəhərinə səfərini geniş
işıqlandırıb
Azərbaycan
Prezidenti İlham Əliyevin Qırğızıstanın
Çolpon-Ata şəhərinə səfəri, Prezident
Sooronbay Jeenbekov ilə görüşü, Çingiz Aytmatov
adına "Rux Ordo” Mədəniyyət Mərkəzində
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) VI Sammitində iştirakı
və çıxışı ölkənin nüfuzlu
kütləvi informasiya vasitələrində geniş
işıqlandırılıb.
Yazılarda
Azərbaycanın və Qırğızıstanın dost və
qardaş ölkələr olduğu vurğulanır, əməkdaşlığın
ölkələrimiz və xalqlarımız üçün
səmərəli olduğu bildirilir.
Qırğızıstanın
telekanalları və böyük oxucu auditoriyasına malik olan
sayasat.kg portalı, Qırğızıstan Hökumətinin
rəsmi saytı - gov.kg, kabar.kg, kaktus.media, vesti.kg, 24.kg,
sputnik.kg, kginform.com, Qırğız Respublikası Prezidentinin
rəsmi saytı - president.kg, stanradar.com, İctimai Teleradio
Yayım Korporasiyasının rəsmi saytı, ktrk.kg,
akipress.org, bulak.kg, kabarlar.kg, asiatv.kg portalları səfər
haqqında silsilə materiallar yayıb.
Qırğızıstanın
dövlət qəzetləri olan "Qırğız tuusu”
("Qırğız sözü”) və "Slovo
Kırqızstana”da, populyar "Veçernıy Bişkek” qəzetində
də səfərlə bağlı geniş məqalələr
dərc olunub.
Yazılarda Prezident Sooronbay Jeenbekovla görüşdə Prezident İlham Əliyevin sözlərindən sitat gətirilib: "Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik”. Dövlətimizin başçısının sammitdəki çıxışından da fikirlərə yer verilib: "Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”. Qeyd edilir ki, Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərini Türk Şurası çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etməyə çağırıb.
Qırğızıstan mətbuatı
yazır ki, İlham
Əliyev sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dövlət başçısı deyib: "Azərbaycan uzun illərdir ki, Ermənistanın
işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur
ki, beynəlxalq birlik
tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ
və onun ətrafında yerləşən
7 rayon Ermənistanın işğalı
altındadır. Bu işğal
nəticəsində torpaqlarımızın təxminən 20
faizi Ermənistan tərəfindən zəbt
olunmuş, bir milyondan çox azərbaycanlı
öz doğma
torpağında qaçqın və köçkün
vəziyyətinə düşmüşdür.
Xalqımıza qarşı etnik təmizləmə
siyasəti aparılmışdır, hərbi cinayətlər,
Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı
soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox
günahsız insan, onların arasında
100-dən çox qadın, 60-dan çox uşaq ermənilər
tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox
insan itkin düşüb”.
Azərbaycan.-2018.- 11 sentyabr.- S.2.