Çexiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın
xarici işlər nazirinə təqdim edib
Xarici
işlər naziri Elmar Məmmədyarov sentyabrın 10-da
Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri
Milan Ekert ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Milan
Ekerti ölkəmizdə səfir təyin olunması
münasibətilə təbrik edib.
Səfir Milan Ekert etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Diplomat fəaliyyəti dövründə Azərbaycan
ilə Çexiya arasında ənənəvi
dostluq münasibətlərinin
inkişafı üçün
səylə çalışacağını
diqqətə çatdırıb. O, Azərbaycanın
regionda Çex Respublikasının strateji
və etibarlı tərəfdaşı olduğunu
vurğulayıb.
Görüş əsnasında Azərbaycan
ilə Çexiya arasındakı münasibətlərin
mövcud vəziyyəti
və gələcək
inkişaf perspektivləri
nəzərdən keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət
və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün
böyük potensialın
mövcud olduğu qeyd edilib. Həmçinin fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ikitərəfli ticarət
münasibətlərinin inkişafına
töhfə verəcəyinə
əminlik ifadə olunub.
Nazir Elmar Məmmədyarov səfir
Milan Ekertə fəaliyyətində
uğurlar arzu edib.
Azərbaycan.-2018.-
11 sentyabr.- S.2.