Moskvada
keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasına
yekun vurulub
Rusiyanın paytaxtı Moskvada keçirilən 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgi-yarmarka müddətində stendimiz maraqla qarşılanıb, milli nəşrlərimizlə tanış olan ziyarətçilərə kitablar, müxtəlif təbliğat materialları hədiyyə olunub. Stendimizə yerli əhali və əcnəbilərlə yanaşı, Moskvada yaşayan soydaşlarımız da böyük maraq göstərib.
Stendimizdə
Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin sədr
müavini-layihələr departamentinin rəhbəri Tatyana
Fyodorova, Assambleyanın Media Mərkəzinin rəhbəri
Lyubov Yelkina və Assambleyanın Şuralarla iş rəhbəri
İrina Polyakova ilə görüş keçirilib.
Görüşdə 2019-cu ildə Bakıda keçirilməsi
planlaşdırılan ədəbiyyat festivalının təşkili
ilə bağlı məsələlər müzakirə
olunmaqla yanaşı, Assambleya tərəfindən layihənin
formatının daha da genişləndirilməsi, foruma
çevrilməsi kimi təkliflər də irəli
sürülüb.
Sərginin yekununda iştiraka görə stendimiz
diplomla mükafatlandırılıb.
Qeyd
edək ki, sərgi-yarmarkada yer alan stendimizdə Azərbaycanın
tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi,
Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr
məhsulu ziyarətçilərin ixtiyarına verilib.
Azərbaycan.-2018.- 11 sentyabr.- S.8.