Sabirabad rayonunun Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
İyirmi iki min nəfər əhalinin yaşadığı
15 yaşayış məntəqəsini birləşdirən
Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 15,1 milyon (on beş milyon bir yüz min)
manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 sentyabr
2018-ci il
Azərbaycan.-2018.- 12 sentyabr.- S.2.