Bakıda İndoneziyanın
müstəqilliyinin 73-cü ildönümü
qeyd edilib
Sentyabrın 11-də İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 73-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Qəbulda
çıxış edən səfir Hüsnan Bəy Fənani
İndoneziyanın keçdiyi inkişaf yolundan
danışıb.
Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən səfir münasibətlərimizin son illərdə daha da inkişaf etdiyini deyib. O əlavə edib ki, İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. Siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İndoneziya və Azərbaycan arasında 30-dan çox yüksək səviyyəli səfərlər təşkil edilib. İndoneziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı birmənalı şəkildə dəstəkləyir.
Mədəniyyət naziri Əbülfəs Qarayev rəsmi qəbulda çıxış edərək Azərbaycan hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, ölkələrimizin əlaqələri, xüsusilə də parlamentlərarası münasibətlər sürətlə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Ə.Qarayev İndoneziya ilə Azərbaycan arasında mövcud olan iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Nazir mədəniyyət
sahəsində əlaqələrdən də danışaraq
bildirib ki, İndoneziya səfirliyi son
iki ildə ölkəmizdə müxtəlif
mədəniyyət festivalları keçirir,
bu da
xalqlarımızın əlaqələrinin güclənməsinə
təkan verir. O, ölkələrimiz
arasında münasibətlərin gələcəkdə daha da inkişaf
edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan.-2018.- 12 sentyabr.- S.2.