81 yaşlı məktəbin yeni siması olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki
227 saylı tam orta məktəbdə əsaslı təmir və
yenidənqurma işlərindən sonra yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC
xəbər verir ki, məktəbin direktoru Sevinc Hüseynova
görülən işlərlə bağlı dövlətimizin
başçısına məlumat verdi.
Bildirildi
ki, 227 nömrəli tam orta məktəbin binası 1937-ci ildə
tikilib. Binanın əsas korpusu İkinci Dünya
müharibəsi illərində hospital kimi fəaliyyət göstərib. Sonra bina məktəb kimi fəaliyyətini davam
etdirib. 2005-ci və 2007-ci illərdə məktəb
üçün əlavə iki korpus tikilib
və istifadəyə verilib. Yenidənqurma
işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə
ikinövbəli sistemdə 1176 şagird təhsil
alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 82
müəllim məşğul olur. Məktəbdə
38 sinif otağı, informatika
kabineti, laboratoriya, idman və akt zalları, hərbi
otaq və yeməkxana var.
Şagirdlərin yüksək səviyyədə təhsil
almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri
ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və
digər zəruri avadanlıqlar müasir
tələblər səviyyəsindədir. Təhsil müəssisəsinin
həyətində abadlıq işləri aparılıb,
yaşıllıqlar salınıb, müasir
işıqlandırma sistemi
quraşdırılıb.
Qeyd olunub ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 60-70 faizi tələbə adını qazanıb.
Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı qəbul edilən xüsusi Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər
planına uyğun olaraq bütün sosial sahələrdə
olduğu kimi, təhsil müəssisələrinin əsaslı
şəkildə yenidən qurulması, yeni məktəb
binalarının, uşaq bağçalarının
inşası prosesi də məqsədyönlü şəkildə
uğurla həyata keçirilir. Paytaxt və ətraf qəsəbələrlə
yanaşı, respublikanın hər yerində orta
məktəb binaları yüksək standartlara
uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində
abadlıq işləri həyata keçirilir.
Təhsil sahəsində görülən bütün
bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi
məqsədinə xidmət edir.
Azərbaycan.-2018.- 13 sentyabr.- S.1;2.