780
şagirdə təhsil üçün ən yüksək
şərait yaradılıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim
Kərimov adına 8 nömrəli tam orta məktəbdə
yenidənqurmadan və əsaslı təmirdən sonra
yaradılan şəraitlə tanış olub.
AZƏRTAC
xəbər verir ki, məktəbin direktoru Aytən Baxşəliyeva
təhsil ocağında görülən işlər barədə
dövlətimizin başçısına məlumat verdi.
Diqqətə çatdırıldı ki, bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib.
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.
Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Zəngin təbii sərvətləri
olan Azərbaycanda bu sərvətlərdən
səmərəli istifadə etməklə insan
kapitalının daha da
inkişaf etdirilməsi başlıca amilə
çevrilib. Ölkəmizdə təhsilin
inkişafına göstərilən diqqət və
qayğı təsdiqləyir ki, bu mühüm
amil dövlət siyasətinin əsas
prinsiplərini təşkil edir. Son illərdə müasir
məktəb binaları tikilir, təhsil
müəssisələri üçün
yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində də
mühüm işlər görülüb.
Heydər Əliyev Fondu dövlət səviyyəsində
həyata keçirilən bu fəaliyyət
proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları
ilə diqqət çəkən bu təhsil
ocaqlarından biri də 8 saylı tam orta məktəbdir.
Azərbaycan.-2018.- 13 sentyabr.- S.1;2.