Azərbaycan-Çexiya
münasibətləri uğurla inkişaf edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
12-də Çex Respublikasının sənaye və ticarət
naziri xanım Marta Novakovanın başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərdən ötən dövr ərzində ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini dedi. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı ticarət dövriyyəsinin artdığını vurğuladı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanların müəyyənləşdirilməsinin zəruriliyini bildirdi. İqtisadi tərəfdaşlığın geniş gündəliyə malik olduğunu, bir sıra Çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
Başçılıq
etdiyi nümayəndə heyətinə çexiyalı iş
adamlarının daxil olduğunu deyən nazir xanım Marta
Novakova bu gün Bakıda keçiriləcək Azərbaycan-Çexiya
biznes forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin
iki ölkə arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsi işinə töhfə verəcəyinə
əminliyini ifadə etdi.
Söhbət
zamanı sənaye, infrastruktur, avtomobil sənayesi, kənd təsərrüfatı,
turizm sahələrində əməkdaşlıqla
bağlı məsələlər müzakirə edildi.
Azərbaycan.-2018.- 13 sentyabr.- S.2.