Oğuz rayonunun Bucaq-Muxas-Baş
Daşağıl avtomobil yolunun
tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Dörd min nəfər əhalinin yaşadığı 4
yaşayış məntəqəsini birləşdirən
Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədi
ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 9,4
milyon (doqquz milyon dörd yüz min) manatı Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 sentyabr
2018-ci il
Azərbaycan.-2018.-
13 sentyabr.- S.3.