Bakıda dünya
yəhudilərinin Yeni il
bayramı - “Roş-Ha-Şana” münasibətilə
tədbir keçirilib
Bakıda Avropa yəhudiləri icmasının nümayəndələrinin və qonaqların iştirakı ilə dünya yəhudilərinin Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, bayram tədbirində Prezident
Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin
müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad
Salahlı iştirak ediblər.
Şöbə
müdiri Etibar Nəcəfov Prezident İlham Əliyevin təbrik
məktubunu oxuyub.
Təbrik məktubunda dövlətimizin başçısı xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndirildiyini bildirib. Qeyd edib ki, ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşayıb, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayıb.
Daha sonra çıxış edən Avropa Yəhudiləri icmasının sədri, Xalq artisti Aleksandr Şarovski dövlətin ölkəmizdəki bütün dinlərin və millətlərin nümayəndələrinə hər zaman diqqət və qayğı göstərdiyini bildirib. Vurğulayıb ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan multikulturalizm və tolerentlıq mühitindən bəhs edib. S.Salahlı qeyd edib ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən ölkədə sabitlik, əmin-amanlıq dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir.
Tədbirdə
Bakıdakı Avropa yəhudilərinin ravvini tərəfindən
dini ayin icra edilib və təqvim üzrə başlayan
növbəti yeni ildə bütün xalq və millətlərə
sülh və əmin-amanlıq arzulanıb.
Azərbaycan.-2018.- 13 sentyabr.- S.7.