Azərbaycan
ilə İsrail arasında əlaqələrin inkişafı
məmnunluq doğurur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor
Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirildi, Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olundu.
Söhbət zamanı Azərbaycanda
digər icmalarla yanaşı, yəhudi
icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində
yaşamaları üçün hər cür şəraitin yaradıldığı
qeyd olundu, onların
ölkəmizin ictimai həyatında fəal
rol oynadıqları bildirildi.
Azərbaycan.-2018.- 14 sentyabr.- S.1.