Akademik Ramiz Mehdiyevin
“Dağlıq Qarabağ - məxəzlərdən
oxunmuş tarix”
kitabı Livanda nəşr edilib
Bu
yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində
"Delta” Dərin Araşdırmalar Mərkəzində Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ - məxəzlərdən
oxunmuş tarix” kitabı nəşr edilib.
AMEA-nın
Fəlsəfə İnstitutundan AZƏRTAC-a verilən məlumata
görə, kitabı ərəb dilinə Əlcəzair Milli
Araşdırmalar Mərkəzinin (CNRPAH) professoru Zəim Xənişlavi
tərcümə edib.
Qeyd edək ki, professor Z.Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə və nəşrinə icazə alıb. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir.
Kitabda Azərbaycan və
Ermənistan arasında hələ də davam
edən münaqişənin əsasını təşkil edən
tarixi problemdən danışılır.
Müəllif problemi tarixi
mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq
gətirir, mürəkkəb məsələlərin həllini
göstərən koqnitiv strategiya
təqdim edir.
Azərbaycan.-2018.- 14 sentyabr.- S.2.