Azərbaycanın və İsrailin müdafiə nazirlərinin görüşü olub
Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdən əvvəl İsrailin nümayəndə
heyəti Fəxri xiyabanda xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə əklil qoyub.
Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi anılıb, məzarı üzərinə
gül dəstələri düzülüb.
Qonaqlar,
həmçinin Şəhidlər xiyabanında Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının məzarları üzərinə
gül dəstələri, "Əbədi məşəl”
abidəsi önünə əklil qoyublar.
Sonra
Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi
keçirilib.
İsrailin
müdafiə naziri fəxri qarovul dəstəsinin
önündən keçib, hər iki ölkənin dövlət
himnləri səsləndirilib və protokola uyğun olaraq
"Şərəf kitabı” imzalanıb.
İki
ölkə arasında tərəfdaşlığın
yüksək səviyyəsindən danışan
general-polkovnik Z.Həsənov bunun təkcə dövlətlərimizin
inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin
təmin edilməsində mühüm rol
oynadığını qeyd edib.
Azərbaycanın
müdafiə naziri Ermənistanın regional sabitliyə əsas
təhlükə yaratdığını,
işğalçı ölkənin dövlət səviyyəsində
daim separatizmi dəstəklədiyini və qoşunların təmas
xəttində gərginliyin artırılmasında maraqlı
olduğunu diqqətə çatdırıb.
Xalqlarımız
arasında mövcud olan tarixi kökləri və əlaqələri
yüksək dəyərləndirən A.Liberman ölkələrimizin
münasibətlərinin məmnunluq doğurduğunu bildirərək
bu cür görüşlərin keçirilməsinin zəruriliyini
qeyd edib.
Görüşdə
regional təhlükəsizlik, iki ölkə arasında hərbi,
hərbi-texniki sahələrdə əməkdaşlığın
inkişaf perspektivləri, müxtəlif ixtisaslı mütəxəssislər
səviyyəsində işçi görüşlərin təşkili
və qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunub.
Azərbaycan.-2018.- 14 sentyabr.- S.11.