Azərbaycan ilə İsrail arasında fövqəladə
halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində
əməkdaşlıq inkişaf edir
Azərbaycan Respublikasının fövqəladə
hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
sentyabrın 13-də İsrail Dövlətinin
müdafiə naziri Aviqdor
Libermanın başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə
Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin
Heydərov iki ölkə arasındakı yüksək səviyyəli
münasibətlərdən məmnunluq ifadə edərək
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə
İsrail Müdafiə Nazirliyi Fövqəladə Halların
İdarə Edilməsi Milli Agentliyinin səmərəli əməkdaşlığından
danışıb.
Nazir
iki dövlət arasında fövqəladə halların
qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində əməkdaşlığın
inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, bu
istiqamətdə gələcəkdə birgə təlimlərin
keçirilməsinin əhəmiyyətini qeyd edib.
İsrail
Dövlətinin müdafiə naziri Aviqdor Liberman
görüşə görə təşəkkürünü
bildirib, hər iki ölkə arasında fövqəladə
halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması istiqamətindəki əməkdaşlığın
əhəmiyyətindən danışıb. Nazir bu sahədə mövcud əlaqələrin daha
da dərinləşdirilməsinin mühümlüyünü vurğulayıb.
Sonra
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı
ilə keçirilmiş "Xəzər-2017” beynəlxalq təlimindən
bəhs edən videoçarx nümayiş olunub.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlərə
dair fikir mübadiləsi də aparılıb.
Azərbaycan.-2018.- 14 sentyabr.- S.11.