TOTAL ilə SOKAR arasında əməkdaşlıq
genişlənir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də TOTAL şirkətinin baş icraçı direktoru
Patrik Puyaneni qəbul edib.
AZƏRTAC
xəbər verir ki, görüş zamanı TOTAL şirkəti
ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın
perspektivləri, "Abşeron” yatağının birgə
işlənilməsi çərçivəsində
hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər
yataqların birgə işlənilməsi imkanları ilə
bağlı məsələlər müzakirə edildi.
Azərbaycan.-2018.- 15 sentyabr.- S.2.