Novruz
Məmmədov: “Azərbaycan-İsrail münasibətlərinin
inkişafı regional və beynəlxalq təhlükəsizlik
baxımından önəmlidir"
Azərbaycan
Respublikasının Baş naziri Novruz Məmmədov
sentyabrın 14-də İsrail Dövlətinin müdafiə
naziri Aviqdor Liberman ilə görüşüb.
BakuPost xəbər verir ki, görüşdə Novruz Məmmədov İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. "Bu gün Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə biz iki ölkə arasında yaxşı əlaqələr qura bilmişik”, - deyə Baş nazir vurğulayıb.
Azərbaycan-İsrail münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin önəmli olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, bu əlaqələrin inkişafında hə iki ölkə maraqlıdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı regional və beynəlxalq təhlükəsizlik baxımından da önəmlidir.
Azərbaycanın tolerantlıq ənənələrindən danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayırlar.
Azərbaycana
hər səfəri zamanı böyük məmnunluq hissi keçirdiyini
vurğulayan İsrailin müdafiə naziri Aviqdor Liberman
ölkəmizdə özünü doğma evindəki kimi
hiss etdiyini qeyd edib. Ölkələrimiz
arasında uzun illərdir mehriban
və möhkəm əlaqələrin mövcud
olduğunu qeyd edən
müdafiə naziri bildirib
ki, bu münasibətlərin
inkişafında ulu öndər Heydər
Əliyevin xüsusi rolu
olub. Hazırda hər iki
ölkə rəhbərlərinin səyləri nəticəsində
bu əlaqələr inkişaf
edir. Görüşdə hərbi sahə
ilə yanaşı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın
və təcrübə mübadiləsinin genişləndirilməsi
ilə bağlı fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2018.- 15 sentyabr.- S.2.