“Azərbaycan” milli
mətbuatımızın şanlı ənənələrinin
bayraqdarıdır
"Azərbaycan” qəzetinin kollektivinə
Müasir tariximizin ən şanlı, cahanşümul
hadisələrinin canlı
şahidi və möhtəşəm salnaməsi
"Azərbaycan” qəzetinin
təsis edilməsinin
100 illiyi münasibətilə
onun yaradıcı kollektivini və çoxsaylı oxucularını
təbrik etməkdən
xüsusi məmnunluq duyuram.
Azərbaycan Xalq Cümhuriyyətinin
həmyaşıdı və
yadigarı olan "Azərbaycan” qəzeti ölkəmizin mədəniyyət
tarixinin əhəmiyyətli
hissəsini təmsil edir. Əlamətdar haldır ki,
dövlət müstəqilliyinin
hər iki dövründə rəsmi
dövlət qəzeti
statusu daşıyan
"Azərbaycan” milli
mətbuatımızın şanlı
ənənələrinin bayraqdarı
olmuş, dövlətçilik
mənafeyinin qorunması,
müstəqillik və
cümhuriyyət ideallarının
təbliği prosesində
müstəsna xidmətlər
göstərmişdir.
100 il öncə
Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat
tribunası kimi fəaliyyətə başlayan
"Azərbaycan” yalnız
dövlət qəzeti
missiyasını daşımamışdır.
Dövrünün ən nüfuzlu
nəşri olaraq görkəmli ictimai-siyasi
xadimləri, fikir adamlarını, bu gün də qürur mənbəyimiz olan vətənpərvər
ziyalıları ətrafına
toplamış, istiqlal
məfkurəsinin mərkəzi,
ideoloji dayağı kimi tanınmışdır.
Təsadüfi deyildir ki, cümhuriyyət dövrünün
araşdırmaçıları o illərin tarixi proseslərini öyrənərkən
ən dəqiq, obyektiv və qərəzsiz mənbə
kimi məhz "Azərbaycan”ın arxiv nömrələrinə müraciət
edirlər.
Ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı
zamanı Qurtuluş missiyasının əsas təbliğat və təşviqatçılarından olan "Azərbaycan” bütün zamanlarda ümummilli liderin ideyalarına sonsuz sədaqətlə xidmət
göstərmiş, bu
irsin milli dövlətçilik konsepsiyasına
çevrilməsi prosesində
ardıcıl və qətiyyətli mövqe nümayiş etdirmişdir. Ölkədə
gedən ictimai-siyasi proseslərə obyektiv və prinsipial yanaşmaları ilə ictimaiyyəti düzgün
məlumatlandıran və
maarifləndirən, həmçinin
genişmiqyaslı quruculuq
və inkişaf mərhələsinin mahiyyətini,
qarşıda duran vəzifələrin məsuliyyətini
vətəndaşlarımıza operativ, dövlətçilik
mövqeyindən çatdıran
"Azərbaycan” qəzetinin
fəaliyyətinə, fikrimcə,
ən düzgün qiyməti də məhz böyük şəxsiyyət Heydər
Əliyev vermişdir:
"Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonra fəaliyyətini
dayandıran "Azərbaycan”
qəzeti xalqımızın
1991-ci ildə yenidən
müstəqillik qazanması
ilə öz fəaliyyətini bərpa
etmiş, azadlıq və suverenlik ideyalarının həyata
keçirilməsində fəal
surətdə iştirak
etmişdir. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini
ləyaqətlə davam
etdirən "Azərbaycan”
qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin
edilməsində müstəsna
rol oynayır. Onun səhifələrində Azərbaycan
həqiqətləri, ölkəmizdə
hüquqi dövlət
və vətəndaş
cəmiyyətinin qurulması,
iqtisadi islahatların həyata keçirilməsi,
sağlam mənəvi-psixoloji
mühitin, vətəndaş
həmrəyliyi və
milli birliyin yaradılması sahəsində
aparılan məqsədyönlü
işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır”.
Ulu öndər
respublikamızda baş
verən həqiqətlərin
geniş ictimaiyyətə
çatdırılmasında, dünyaya yayılmasında
qəzetin fəaliyyətini
yüksək professionallıq,
obyektivlik, prinsipiallıq,
əsl dövlətçilik
və vətəndaşlıq
mövqeyi kimi dəyərləndirmişdir.
Tarixinin ən qüdrətli müstəqillik və əzəmətli tərəqqi
dövrünü yaşayan
Azərbaycanda ölkəmizin
adını daşıyan
qəzetin də üzərinə böyük
məsuliyyət və
vəzifələr düşür. Çox sevindiricidir
ki, bu məsuliyyət
lazımınca dərk
edilir, yüksək peşəkarlıq və
yaradıcılıqla icra
olunur. Prezident İlham Əliyev
tərəfindən son 15 ildə
həyata keçirilən
möhtəşəm quruculuq
və inkişaf dövrünün misilsiz nailiyyətləri "Azərbaycan”ın
səhifələrində, onun konseptual və fundamental araşdırmalarında
geniş və əhatəli şəkildə
əksini tapır, maraqlı, rəngarəng
yazılarda və fotoşəkillərdə əbədiləşir,
tarixə çevrilir.
"Azərbaycan” qəzetinin
100 yaşının tamam
olması hər birimizdə böyük qürur, iftixar hissi doğurur. Qəzetin yaradıcı
kollektivinə xitabən
demək istəyirəm
ki, siz bu
yaşa böyük yaradıcı nailiyyətlərinizlə,
cəmiyyətdə qazandığınız
yüksək nüfuzla,
oxucuların sevgisi ilə qədəm qoyursunuz. Əminəm ki, Xalq Cümhuriyyətinin yadigarı
və müasir inkişafın salnaməçisi
olan "Azərbaycan”
qəzeti qarşısına
qoyulan bütün yaradıcı hədəflərə
çatacaq, müstəqilliyimizin,
dövlətçiliyimizin, Heydər Əliyev ideallarının təbliğində
yeni, daha böyük uğurlara imza atacaqdır.
Cümhuriyyət yaşın mübarək,
"Azərbaycan”!
Əli ƏHMƏDOV,
Azərbaycan Respublikası Baş
nazirinin müavini,
Yeni Azərbaycan Partiyasının
sədr müavini-icra katibi
Azərbaycan.-2018.- 15 sentyabr.- S.3.