“Azərbaycan” qəzeti xalqa,
dövlətçiliyə və Prezidentə möhkəm
bağlılığı, sədaqəti ilə ən ön mövqedədir
"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqova
Hörmətli Bəxtiyar müəllim!
Azərbaycan mətbuatında özünəməxsus
yeri və dəst-xətti ilə seçilən "Azərbaycan”
qəzetinin 100 illik yubileyi münasibətilə
Sizi və qəzetin yaradıcı heyətini İqtisadiyyat Nazirliyi adından təbrik edirəm.
Ümummilli lider Heydər Əliyev ölkəmizdə
söz və mətbuat azadlığına
böyük önəm
vermiş, medianın inkişafını daim diqqətdə saxlamışdır. Ulu öndərin
hərtərəfli inkişaf
strategiyasını böyük
uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur.
Hazırda güclü iqtisadi
potensiala malik olan və davamlı
inkişaf edən Azərbaycanda digər sahələrlə yanaşı,
kütləvi informasiya
vasitələrinin inkişafına
da hərtərəfli
dövlət dəstəyi
göstərilir.
İlk sayı 100 il əvvəl - Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə işıq
üzü görən
"Azərbaycan” qəzeti
bütün fəaliyyəti
dövründə "Əkinçi”dən
başlanan yola şərəflə xidmət
edir, ölkəmizin mütərəqqi mətbuat
ənənələrini layiqincə
yaşadır. Rəsmi dövlət
qəzeti statusunu daşıyan və ölkənin əsas nəşri hesab olunan "Azərbaycan” qəzeti dövlət və vətəndaş mövqeyindən çıxış
edir, xalqa və dövlətçiliyə,
Azərbaycan Respublikasının
Prezidentinə möhkəm
bağlılığı, sədaqəti ilə ən ön mövqedədir. Fəaliyyətini tarixi ənənələr
üzərində quran,
qarşıya qoyduğu
prinsipial hədəflərə
sadiqlik nümayiş etdirən "Azərbaycan”
qəzeti peşə meyarlarına tələbkar
münasibəti, ölkədə
və beynəlxalq aləmdə cərəyan
edən hadisələrə
operativ yanaşması
və ətraflı təhlilləri ilə digər KİV-dən seçilir. Qəzetin hazırladığı
xəbərlər və
analitik materiallar cəmiyyətimizin tərəqqisinə,
qloballaşan dünyada
milli-mənəvi dəyərlərimizin,
milli maraqlarımızın
qorunmasına, dövlətimizin
nüfuzunun daha da yüksəlməsinə
öz töhfəsini
verir.
Qəzetin
peşəkar kollektivi tərəfindən digər sahələrdə
olduğu kimi, Azərbaycan iqtisadiyyatının
inkişafına, bu sahədə aparılan genişmiqyaslı
islahatlara və həyata keçirilən layihələrə
dair mütəmadi olaraq qəzetdə dərin təhlilə əsaslanan
sanballı materiallar dərc olunur, İqtisadiyyat Nazirliyi ilə
səmərəli əməkdaşlıq həyata
keçirilir.
Əminik
ki, hamımızın doğma qəzeti, etibarlı informasiya
mənbəyimiz olan "Azərbaycan” qəzeti
qazandığı nüfuzu ilə daim milli mətbuatımızın
önündə olacaq, əməkdaşlığımız
bundan sonra da uğurla davam edəcəkdir.
Sizi,
"Azərbaycan” qəzetinin peşəkar kollektivini və
çoxminli oxucularını qəzetin 100 illik yubileyi
münasibətilə bir daha təbrik edir, yeni uğurlar
arzulayıram.
Şahin MUSTAFAYEV,
Azərbaycan Respublikasının iqtisadiyyat
naziri
Azərbaycan.-2018.- 15 sentyabr.- S.3.