“Azərbaycan” bütün
dövrlərin ən populyar və
oxunaqlı qəzetidir
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
"Azərbaycan” qəzetinin baş
redaktoru
cənab Bəxtiyar Sadıqova
Hörmətli Bəxtiyar
müəllim!
"Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibəti ilə qəzetin kollektivini və şəxsən Sizi ürəkdən təbrik edir, ən səmimi hisslərimi, xoş arzularımı və ehtiramımı bildirirəm.
Ötən 100 il Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il sentyabr ayının 15-də ilk nömrəsi çapdan çıxan, Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı və inkişafının şahidi olan, onunla eyni taleyi yaşamış "Azərbaycan” qəzetinin nəşri dövründə günbəgün onun səhifələrində öz əksini tapmışdır.
Bütün bu, bəzən ölkəmiz üçün çox mürəkkəb onilliklər ərzində yüz minlərlə oxucuya "Azərbaycan” qəzeti əsas və nüfuzlu informasiya mənbəyi olmuşdur.
Dövlət ideologiyasını təbliğ edən, rəsmi dövlət qəzeti statusunu qazanmış, siyasət, iqtisadiyyat, təhsil məsələlərindən, paytaxtda və ucqar regionlarda sosial-mədəni, sosial təminat, bank və pensiya məsələlərindən tutmuş, bütün mövzularda yazan "Azərbaycan” qəzeti ölkənin ən kütləvi qəzetidir.
Görünüşü və dizaynı dəyişsə də, işə məsuliyyəti, səriştəsi, yüksək jurnalist mədəniyyəti və etikası dəyişməz qalan qəzetin əməkdaşlarının respublikanın həyatında baş verən mühüm hadisələrə canıyananlıqla, vətən qarşısında borcuna peşəkarlıqla xidməti "Azərbaycan”ı fərqləndirən əsas meyardır.
Qəzet öz inkişafı boyu nəsil-nəsil peşəkar jurnalistlər yetişdirmiş, mühüm və dəqiq məlumat mənbəyi olmaqla yanaşı, həm də ölkədə obyektiv informasiya mühitinin yaranmasına töhfə vermişdir.
"Azərbaycan” qəzetində, rəsmi dövlət qəzetində belə yazılıb” - bu cümlə, hər hansı problemin həlli üçün müxtəlif instansiyalara müraciət edən vətəndaşların ən əsas arqumentidir.
Bütöv
bir əsr boyu bütün dövrlərin ən populyar və
oxunaqlı qəzeti olan "Azərbaycan” qəzetində
ölkədə görülən işlər və
qarşıda duran vəzifələr barədə ciddi
analitik, həm də publisistik yazılar, məqalə,
reportaj, müsahibə və xəbərlər ölkə vətəndaşlarına
düzgün məlumat çatdırmaqla yerlərdə
ictimai rəyin formalaşmasında aktiv rol oynayır, ölkəmizi
dəyişməyə, inkişaf etməyə, daha da gözəlləşdirməyə
kömək edir.
Hörmətli Bəxtiyar müəllim!
Sizi və "Azərbaycan”
qəzetinin bütün əməkdaşlarını
bu əlamətdar gün
münasibətilə bir daha
ürəkdən təbrik edir, uzun ömür, möhkəm
cansağlığı, gələcək fəaliyyətinizdə
yeni-yeni uğurlar
arzulayıram.
Vüqar GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikasının
Hesablama Palatasının sədri
Azərbaycan.-2018.- 15 sentyabr.- S.8.