“Azərbaycan” əsl jurnalistika məktəbinə çevirilib
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
"Azərbaycan” qəzetinin baş redaktoru
cənab Bəxtiyar Sadıqova
Hörmətli Bəxtiyar Yusif
oğlu!
Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı və milli mətbuatımızın
avanqardı olan "Azərbaycan” qəzetinin
100 illik yubileyi münasibətilə Sizi və redaksiyanın peşəkar kollektivini şəxsən öz adımdan və Mərkəzi Seçki Komissiyası adından ürəkdən təbrik
edirəm.
Xalqımızın milli oyanış və özünüdərkində,
istiqlal ruhunun və milli şüurunun
formalaşmasında milli
mətbuatımız müstəsna
rola malikdir. "Əkinçi” qəzetinin
yaranması ilə əsası qoyulan bu irs görkəmli
maarifpərvər ziyalılarımızın
da dəstəyi ilə milli azadlıq hərəkatını
və müstəqil dövlətçilik ideyalarını
inkişaf etdirərək
müsəlman Şərqində
xalq hakimiyyətinə
və insanların bərabərliyi prinsiplərinə
əsaslanan ilk parlamentli
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına vəsilə
olub. Olduqca çətin və mürəkkəb ictimai-siyasi
şəraitdə 1918-ci il sentyabrın 15-də
ilk nömrəsi işıq
üzü görən
"Azərbaycan” qəzeti
bütün fəaliyyəti
boyunca xalqımızın
şərəfli istiqlal
yolunun, müstəqil
dövlətimizin qarşıya
qoyduğu ali məqsədlərin və
demokratik prinsiplərin
carçısına və
canlı salnaməsinə
çevrilib.
Cümhuriyyətin süqutu ilə ölkə həyatının
bütün sahələri
kimi, milli mətbuatımıza da ağır zərbə vurularaq ən sərt şəkildə senzuralaşdırılıb, cəmiyyətdəki
problemləri işıqlandırmaq
qadağan olunub və müstəqil mediamız tamamilə sıradan çıxmaq təhlükəsi ilə
üz-üzə qoyulub. Sonradan ümummilli
lider Heydər Əliyev tərəfindən
media üzərindəki bütün
dövlət tənzimləmə
mexanizmləri ləğv
edilib, senzura aradan qaldırılıb və beləliklə, milli mətbuatımızın
inkişafı üçün
geniş imkanlar yaranıb.
Prezident
İlham Əliyevin sərəncamları ilə
kütləvi informasiya
vasitələrinin inkişafına
dövlət dəstəyi
konsepsiyasının qəbul
edilməsi, Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması, media qurumlarına
birdəfəlik maliyyə
yardımı göstərilməsi,
qəzetlərin nəşriyyata
olan borclarının ləğv edilməsi, jurnalistlərin sosial problemlərinin həll edilməsi, eləcə də mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması
üçün yüzlərlə
media nümayəndəsinə dövlət hesabına mənzillər verilməsi
və s. ölkəmizdə
azad medianın inkişafı üçün
atılan addımların
bariz göstəriciləridir.
Hazırda milli mətbuatımız dinamik inkişaf edərək müasir informasiya cəmiyyəti quruculuğunda, milli və dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin qorunmasında və geniş təbliğində əhəmiyyətli rol oynayır. Milli mətbuatımızın bayraqdarı olan "Azərbaycan” qəzeti də Sizin və redaksiyanın təcrübəli kollektivinin peşəkarlığı nəticəsində ölkəmizdəki hərtərəfli söz və fikir azadlığı, siyasi plüralizm mühitində sərbəst şəkildə fəaliyyət göstərən çoxsaylı mətbu orqanlar arasında özünəməxsus dəstxətti, aydın və prinsipial mövqeyi, ölkədə və beynəlxalq aləmdə cərəyan edən hadisələrə dəqiq, obyektiv və operativ yanaşması ilə cəmiyyətdə yüksək nüfuz və statusa malik əsl jurnalistika məktəbinə çevirilib.
Məmnuniyyətlə vurğulamaq istərdim ki, Mərkəzi Seçki Komissiyasının sıx əməkdaşlıq etdiyi "Azərbaycan” qəzeti ölkəmizdə seçkilərin yüksək səviyyədə təşkil olunması və keçirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərinin öhdəsindən də ləyaqətlə və peşəkarlıqla gələrək seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində mühüm rol oynayır və vətəndaşlarımızın birbaşa Konstitusiya ilə təsbit olunan seçki hüquqlarının təmin olunmasına əhəmiyyətli töhfə verir.
İnanıram ki, milli mətbuatımızın şanlı və mütərəqqi ənənələrini layiqincə davam etdirən "Azərbaycan” qəzeti milli və dövlətçilik mənafeyinin qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli və bəşəri ideyaların təbliğində, ölkəmizdə demokratiyanın, siyasi plüralizmin və aşkarlığın təmin olunmasında öz fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.
Bu əlamətdar gündə Sizi
və milli istiqlalımızın həmyaşıdı
və layiqli tərənnümçüsü
olan "Azərbaycan” qəzetinin bütün kollektivini bir daha səmimi-qəlbdən
təbrik edir, möhkəm
cansağlığı, yeni-yeni müvəffəqiyyətlər
arzulayıram.
Məzahir PƏNAHOV,
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının sədri
Azərbaycan.-2018.- 15 sentyabr.- S.9.