“Azərbaycan” dövlətçilik
ideyalarına sədaqəti ilə müasir
jurnalistikamız üçün əsl
örnəkdir
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
"Azərbaycan” qəzetinin baş redaktoru
cənab Bəxtiyar Sadıqova
Hörmətli Bəxtiyar müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar hadisə - "Azərbaycan”
qəzetinin 100 illik yubileyi münasibətilə
dərin səmimiyyətlə
təbrik edirəm!
İlk nömrəsi
15 sentyabr 1918-ci ildə
işıq üzü
görən "Azərbaycan”
qəzeti milli məfkurənin və azadlıq ideyalarının
yayılmasında, xalqımızın
müstəqil dövlətçilik
ənənələrinin formalaşdırılmasında,
qorunmasında və təbliğində tarixən
mühüm rol oynamışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi müstəqil dövlət
quruculuğu və hərtərəfli tərəqqi,
möhtərəm Prezident
cənab İlham Əliyevin rəhbərliyi
ilə aparılan islahatlar və sürətli inkişaf dövrünün salnaməçisi
olan bugünkü
"Azərbaycan” Xalq
Cümhuriyyəti zamanında
çıxan "Azərbaycan”ın
layiqli varisi kimi cəmiyyətimizdə
böyük nüfuz və rəğbət qazanmışdır.
Söz və mətbuat azadlığının
tam təmin olunduğu
ölkəmizdə "Azərbaycan”
qəzeti özünün
yaradıcılıq mövqeyi
və peşəkarlıq
xüsusiyyətləri, milli-mənəvi
dəyərlərə və
dövlətçilik ideyalarına
sədaqəti ilə
müasir jurnalistikamız
üçün əsl
örnəkdir.
Sizi bir daha yubiley
münasibətilə təbrik
edir, şəxsən
Sizə və kollektivinizin hər bir üzvünə möhkəm cansağlığı,
uzun ömür, şərəfli yaradıcılıq
fəaliyyətinizdə yeni-yeni
uğurlar arzulayıram!
Rövşən RZAYEV,
Azərbaycan Respublikası Qaçqınların
və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin
sədri
Azərbaycan.-2018.-
15 sentyabr.- S.9.