“Azərbaycan” qəzetinin dövlət müstəqilliyimizin möhkəmləndirilməsindəmüstəsna rolu var

 

 

"Azərbaycanqəzetinin baş redaktoru,

 

Milli Məclisin deputatı

 

cənab Bəxtiyar Sadıqova

 

 

Hörmətli Bəxtiyar müəllim!

 

"Azərbaycan Meliorasiya Su Təsərrüfatı” ASC-nin çoxminli kollektivi adından Sizi kollektivinizi "Azərbaycanqəzetinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycanqəzeti ötən 100 ildə çox böyük tarixi inkişaf yolu keçmiş, xalqımıza istiqlal mübarizəsində mühüm xidmətlər göstərmiş müstəqilliyimizin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısı olmuşdur.

Böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsini ölkə mediasının inkişafı sahəsində davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yürütdüyü siyasətə uyğun olaraq digər kütləvi informasiya vasitələrimiz kimi, "Azərbaycanqəzeti dövlətimizin diqqət qayğısı ilə əhatə olunub.

Rəhbərlik etdiyiniz "Azərbaycanqəzetinin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik cəmiyyət qurulması, xalqımızın çoxillik arzu istəklərinin ifadəsinə çevrilməsi, təbliğat-təşviqat işinin qurulması, görülən işlərin qarşıda duran vəzifələrin ölkə vətəndaşlarına düzgün çatdırılması, ictimai-siyasi ideyalarının formalaşması, azadlıq suverenlik ideyalarının həyata keçirilməsində başqa sahələrdə üzərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirilməsində müstəsna rolu vardır.

İnanırıq ki, bundan sonra da ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycanqəzeti ölkəmizdə hüquqi dövlət vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, iqtisadiyyatımızın mütəmadi inkişafının, vətəndaş həmrəyliyi milli birliyin yaradılması, gənclərin maarifləndirilməsi digər sahədə aparılan məqsədyönlü işlərin işıqlandırılması yolunda öz töhfələrini verəcəkdir.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Sizinlə əməkdaşlığı yüksək qiymətləndirir və ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olan meliorasiya və su təsərrüfatı işlərinin mətbuatda işıqlandırılmasına görə təşəkkürümüzü bildiririk.

 

Hörmətli Bəxtiyar müəllim!

 

Sizi bir daha "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə təbrik edir, Sizə və bütün kollektivinizə möhkəm cansağlığı, uzun ömür, xoş əhvali-ruhiyyə, respublikamızın sosial-iqtisadi inkişafı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Əhməd ƏHMƏDZADƏ,

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri

Azərbaycan.-2018.- 15 sentyabr.- S.9.