“Azərbaycan” qəzeti milli mənlik şüurunun oyanışında və dirçəlişimizdə əvəzsiz rol oynayıb

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

 

"Azərbaycanqəzetinin baş redaktoru cənab

 

Bəxtiyar Sadıqova

 

 

Hörmətli Bəxtiyar müəllim!

 

Milli mətbuatımızın fəxri sayılan "Azərbaycanqəzetinin ilk sayının çapdan çıxmasının 100 illik yubileyi münasibətilə bu mətbu orqana bacarıqla, yüksək peşəkarlıqla rəhbərlik edən Sizi, ailənizi, əməkdaşlarınızı oxucularınızı səmimi-qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı, uzun ömür, sevinc dolu günlər, səadət, fəaliyyətinizdə uğurlar arzulayıram.

2018-ci il əlamətdar tarixi hadisələrlə zəngindir. 100 il əvvəl 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyi elan olunmuş, Xalq Cümhuriyyəti dövründə böyük tarixi nailiyyətlər qazanılmışdır. Eyni zamanda, 15 sentyabr tarixində Bakının işğaldan azad olunmasının da 100 illiyi qeyd ediləcək.

Bu il anadan olmasının 95-ci hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, 2018-ci ildə ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili”nin elan olunması, bununla əlaqədar paytaxt regionlarda silsilə konfransların, tədbirlərin təşkili, habelə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı möhtəşəm paradın keçiriləcəyi hər bir azərbaycanlının, o cümlədən xaricdə yaşayan soydaşlarımızın ürəyində fərəh sevinc hissi yaşadır.

"Azərbaycanqəzetinin ilk sayı 1918-ci il sentyabrın 15-də, kifayət qədər çətin mürəkkəb tarixi şəraitdə işıq üzü görmüşdür. Bu qəzet uzun şərəfli bir yol keçmiş, Azərbaycanın istiqlalının, çağdaş tarixinin təbliğatçısı olmuş, dövlətçiliyimizə, xalqımızın yüksəlişinə, tərəqqisinə maariflənməsinə xidmət etmiş, milli mənlik şüurunun oyanışında dirçəlişimizdə əvəzsiz rol oynamışdır.

Azərbaycan həqiqətləri, əzəli yurd yerimiz olan Dağlıq Qarabağın işğalı nəticəsində yaranmış problemlər, doğma torpağında qaçqına məcburi köçkünə çevrilən soydaşlarımızın vəziyyəti, onların kütləvi surətdə pozulmuş insan hüquq azadlıqlarının müdafiəsi həyata keçirilməsi həmişə qəzetinizin işıqlandırdığı mövzulardan olmuşdur.

"Azərbaycanqəzeti bütün dövrlərdə öz amalına, əqidəsinə sadiq qalmış, dövlətçiliyimizin, xalqın mənafeyinin keşiyində durmuş, mətbu sözün dəyərini uca tutmuşdur.

Milli jurnalistikamızın zəngin ənənələrini davam etdirən "Azərbaycan” qəzeti bu gün də ölkəmizdə baş verən mühüm ictimai-siyasi prosesləri, Xalq Cümhuriyyətinin 100 illiyini, hüquqi dövlət quruculuğunda qazandığımız nailiyyətləri, ölkəmizdə insanların hüquq və azadlıqlarının təmini istiqamətində uğurları öz səhifələrində obyektiv işıqlandırır və burada Sizin zəhmətiniz böyükdür.

Sizi və qəzetin bütün kollektivini əlamətdar yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.

 

Elmira SÜLEYMANOVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Azərbaycan.-2018.- 15 sentyabr.- S.9.