“Azərbaycan” milli
mətbuatımızın avanqardı, bayraqdarıdır
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
"Azərbaycan” qəzetinin baş redaktoru cənab
Bəxtiyar Sadıqova
Hörmətli Bəxtiyar müəllim!
Sizi və bütün kollektivinizi
"Azərbaycan” qəzetinin
fəaliyyətə başlamasının
100 illik yubileyi münasibətilə tənrik
edirəm.
1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin
rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan”
qəzeti yarandığı
gündən milli-azadlıq
mübarizəsinin ön
sırasında addımlamış,
xalqımızın çoxillik
arzu və istəklərinin ifadəçisinə
çevrilmiş, onun
mənəvi dəyərlərini,
ictimai-siyasi ideallarının
formalaşması işinə
önəmli töhfə
vermişdir. 1991-ci ildə
yenidən müstəqillik
qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının
həyata keçirilməsində
fəal surətdə
iştirak etmişdir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə
ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan
sonra "Azərbaycan”
qəzeti, sözün
həqiqi mənasında,
əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başlamışdır. Bu dövrdən etibarən müstəqil Azərbaycan
mövzusu və azərbaycançılıq "Azərbaycan” qəzetinin əsas qayəsinə çevrilmişdir.
Mətbuat aləmində özünəməxsus
dəstxətti ilə
seçilən, fəaliyyətini
mütərəqqəi tarixi
ənənələr üzərində
quran, qarşıya qoyduğu prinsipial hədəflərə bu gün də sadiqlik göstərən
"Azərbaycan” qəzeti
respublikanın keçmişinə,
bu gününə, sabahına mükəmməl
elmi-fəlsəfi baxışı
özündə əks
etdirir, xalqa, dövlətçiliyə bağlılığını
nümayiş etdirir.
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu, Prezident İlham Əliyevin bu gün uğurla
davam etdirdiyi dövlətçilik kursu,
davamlı və dinamik inkişaf strategiyası "Azərbaycan”
qəzetinin səhifələrində
yüksək peşəkarlıqla
işıqlandırılır.
Ölkəmizin mütərəqqi mətbuat
ənənələrini ləyaqətlə
davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın,
siyasi plüralizmin, aşkarlığın təmin
edilməsində müstəsna
rol oynayır. Onun səhifələrində
Azərbaycan həqiqətləri,
ölkəmizdə hüquqi
dövlət və vətəndaş cəmiyyətinin
qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam
mənəvi-psixoloji mühitin,
vətəndaş həmrəyliyi
və milli birliyin yaradılması sahəsində aparılan
məqsədyönlü işlər
və ictimai-siyasi proseslər qərəzsiz
işıqlandırılır.
Öz səhifələrində
işçilərin sosial-iqtisadi
hüquqlarının qorunması,
onların sağlamlıqlarının
və əməyinin mühafizəsinin təmin
edilməsi və sosial problemlərinin həlli istiqamətində
həmkarlar ittifaqları
tərəfindən həyata
keçirilən çoxsahəli
işlərin vaxtaşırı
olaraq dolğun şəkildə işıqlandırılması
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında
məmnunluq doğurur.
İnanırıq ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi
və azad, demokratik cəmiyyət qurulması işində
"Azərbaycan” qəzeti
fəaliyyət göstərdiyi
bütün dövrlərdə
öz yüksək amallarına sadiq qalaraq respublikamızda baş verən həqiqətlərin geniş
ictimaiyyətə çatdırılmasında,
dünyaya yayılmasında
yüksək professionallıq,
obyektivlik, prinsipiallıq,
əsl dövlətçilik
və vətəndaş
mövqeyi nümayiş
etdirərək xalqımızın
mütərəqqi mətbuat
ənənələrini layinqincə
davam etdirə biləcəkdir.
Azərbaycan
həyatının bütün sahələrini əhatə
edən dolğun, özünəməxsus
yaradıcılıq ənənələri ilə püxtələşmiş,
rəngarəngliyi, aktual mövzuları ilə geniş oxucu
auditoriyası qazanmış, öz məsuliyyətini dərindən
dərk edən "Azərbaycan” qəzeti bu gün milli mətbuatımızın
ilk cümhuriyyət dövrünün bu müqəddəs ənənəsini
şərəflə davam etdirir. Müasir milli
mətbuatımızın avanqard,
bayraqdarı olan "Azərbaycan” qəzetinin
yubileyi münasibəti ilə kollektivinizin sevincinə qoşulur,
bu mətbu orqanda
bacarıqla, yüksək peşəkarlıqla
çalışan əməkdaşları və çoxminli oxucuları təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin
deputatı
Azərbaycan.-2018.- 15 sentyabr.- S.12.