ƏSGƏRLƏR ATASI
Əsgər Heydər
İlham oğlu, -
"Vətənim Azərbaycana və onun
xalqına sadiq olacağıma and içirəm” deyərək - ulu öndər HEYDƏR ƏLİYEVin qurucusu olduğu Silahlı
Qüvvələrdə hərbi xidmətə başladı
İlham Əliyev sadə və təvazökar həyat tərzi, həmçinin siyasətçilərin, elə əksər prezidentlərin istifadə etdikləri üsullardan - kütləyə ünvanlanan, onun hislərini manipulyasiya edən davranışlardan daim uzaq durmasıyla hər zaman fərqlənib...
Bu, liderimizin xarakterik xüsusiyyətlərindəndir və bunu bilməyən də yoxdur...
Amma ötən həftə sonu baş verən daha bir xoş məqamla İlham Əliyev hər kəsi yenidən təəccübləndirdi...
Oğlu - müstəqil dövlətimizin qurucusunun şərəfli adını yaşadan Heydər Əliyev sən demə, xeyli müddət imiş hərbi xidmətə başlayıbmış...
Və yalnız iki gün öncə ictimaiyyət andiçmə mərasimi ilə bu hadisədən xəbər tutdu.
Bəli, Azərbaycanın dövlət başçısı övladının əsgərlik dövrünü siyasi şouya çevirməkdən çox-çox uzaqdır, o, bunu oğlunun və ailəsinin vətən, dövlət, xalq qarşısından borcu kimi qəbul edir!
Burda ödənən bir borc da var...
Heydərin Heydər Əliyev
qarşısında - onun
adı, irsi, yolu qarşısında vəfa borcu...
Elə bu mənzərədən
ən çox sevinən, rahatlıq tapanlar sırasında yəqin ki, ulu öndərin əbədiyaşar ruhu da var idi...
***
Tarixdə qanlı savaşlardan
keçərək dövləti
quran, sonra da bu dövləti
onilliklərlə, əsrlərlə
yaşadan, təhlükələrdən
sovuşduran, onun qüdrətini təmin edən ailə şəcərələri yetərincədir...
Bu şəcərələr həmin
xalqların və dövlətlərin, - istər
Avropa, istər Amerika, istərsə də Asiya bölgəsi
olsun, - iftixar mənbəyi olur, tarixlərinin şərəf
səhifəsinin müəlliflərinə
çevrilirlər...
Bu şanlı silsiləyə
Azərbaycan adını
da həkk etdirən, talelərini millətin və dövlətin taleyinə çevirən Əliyevlər
də var...
Heydər
Əliyev əgər dağılan, parçalanan
dövlətinə Qurtuluş,
xalqına isə yüksəliş bəxş
etmişdisə, İlham
Əliyev də tarixin ən qüdrətli Azərbaycanını
yaratdı...
Babasının, atasının qurduğu,
yaşatdığı dövlətə
xidmət missiyasına
Heydər də bu gənc yaşından
imza atır...
On minlərlə həmyaşıdı
kimi, - buna tam hüquqi və mənəvi haqqı olsa da! - təhsilini davam etdirmədi, ən kiçik, amma ən şərəfli səviyyədən - əsgər
ranqından Azərbaycana
xidmət missiyasına
başladı...
Əliyevlər bax, budur - amallarının, məramlarının,
niyyətlərinin müqəddəsliyi,
saflığı ilə...
Daim vətənin keşiyindədirlər,
istər siyasət meydanı olsun, istər hərbi kazarma...
İstər komandan olsunlar, istər əsgər...
***
Heydər
general nəvəsi, baş
komandan oğlu olsa da, sərkərdələr
ocağından çıxsa
da, on minlərlə əsgərdən biri kimi, sıradan vətəndaş tək hərbi xidmətə başlayır və tam bir il ərzində heç kəsdən fərqlənmədən
əsgərliyini çəkəcəkdir.
Elə hərbi
xidmətin ilk günündə
bu, əyani nümayiş edildi. Prezident
ailəsi digər əsgərlərin valideynləri
ilə bərabər əyləşdi, onlarla birgə övladlarının
hərbi and içmələrini
və sıra keçidlərini heç
bir müstəsnalıq
ifadə etməyən
təvazökar davranışları
ilə izlədilər...
Digər
valideynlər kimi Əliyevlər də qürurlu, həm də kövrək idilər...
Analar göz yaşlarını
gizlədə bilmirlər,
bu dəfə də həssas idilər...
Atalar hisslərinə nə qədər güc gəlsələr də, onların da fəxr qarışıq kövrəkliklərini sezməmək
mümkün deyildi...
Zatən
komandanlıq etdiyi müzəffər ordusunun
hər paradında İlham Əliyevin bu halını görürük: duyduğu
iftixardan vüqarı
yüksəlir, qürurlanır.
Şübhəsiz, bu dəfə də onu riqqətə
gətirən tək bir əsgər deyildi...
Vətənə sədaqətlə, şərəflə
xidmət edəcəyinə
and içən onlarla
gəncin mübariz, mətin duruşları, şux yerişləri, özlərinə, dövlətlərinə,
komandanlarına inamları
idi..
***
Millət
atası fərd atası olmur!..
Əsl Komandanın da ordusunda ön cərgədə məhz övladı yürüyür...
İlham
Heydər oğlu kimi...
Heydər
İlham oğlu kimi...
***
O, əsgər atasıdır...
Amma yalnız əsgər Heydərin atası deyil...
On minlərlə əsgərin
- heydərlərin, məmmədlərin,
əlilərin, cəfərlərin...
atasıdır...
Həm də Komandanıdır...
O, Qarabağ boyu uzanıb qəlb göynərtimizə çevrilən, vətənin yaralı torpaqları ilə bizi ayıran səngərləri qarış-qarış dolaşır...
Ən ucqar, ən yüksək, ən təhlükəli, ən çox atəş hədəfində olan ön xətlərdə Komandan kimi hərbi raport dinləyir, ardından da ata kimi bu əsgərləri qucaqlayır, bağrına basır, bir süfrəyə oturur, eyni xörəkdən yeyir...
O, 16 ildir əsgər atasıdır, əsgərlər atasıdır!
İnanırıq ki, Heydər Əliyevin min bir fədakarlıqla qurduğu müzəffər ordunun əsgəri olan Heydərin, digər silahdaşları ilə bərabər Ali Baş Komandan İlham Əliyevə Ağdamda, Şuşada, Xankəndində tezliklə qələbə raportu verəcəyi gün də uzaqda deyil...
Ali Baş Komandanı yüksəldən məqamlardan biri də hər bir əsgərə öz övladı kimi baxmasıdır.
Tanrı
bütün əsgər balalarımızı qorusun, onlara zəfər
bayrağı daşımağı nəsib etsin!
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2018.- 17sentyabr.- S.1.