Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
ilə Serbiya Respublikasının Ədliyyə
Nazirliyi arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya
Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq
haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində
imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu
fərmanın 1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Serbiya Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 sentyabr
2018-ci il
Azərbaycan.-2018.- 18 sentyabr.-
S.3.