Vətənə
dövlətə sədaqətlə xidmətin hərbi
andı
Sentyabrın
16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin
andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydular.
Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə etdi.
Prezident İlham Əliyev şəxsi heyəti salamladı.
Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirildi.
Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi.
Daha sonra gənc əsgərlər
and içdilər.
Qeyd edək
ki, Dövlət Təhlükəsizliyi Xidmətinin
N saylı hərbi hissəsində keçirilən
mərasimdə and içən
gənc əsgərlər
sırasında Azərbaycan
Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.
Prezident,
Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək dedi: Əziz əsgərlər, sizi hərbi and içməyiniz
münasibətilə ürəkdən
təbrik edirəm, sizə uğurlar arzulayıram.
Hərbi hissənin şəxsi heyəti təntənəli
marşla tribunanın
qarşısından keçdi.
Gənc əsgərlərin and içmə
mərasimində iştirak
edən valideynlər Prezident İlham Əliyevlə görüşüb
söhbət etdilər.
Sonda xatirə şəkilləri
çəkdirildi.
Azərbaycan.-2018.- 18 sentyabr.- S.2.